525.Az

Dağıstanda Azərbaycan vətəndaşı öldürülüb


 

Dağıstanda Azərbaycan vətəndaşı  öldürülüb<b style="color:red"></b> Dağıstanda Azərbaycan vətəndaşı olan yerli sakin öldürülüb.
 
Bu barədə Trend İnterfax.ru saytına istinadən xəbər verir.

Hüquq-mühafizə orqanlarındakı mənbə bazar ertəsi "İnterfaks"a məlumat verib ki, dünən axşam Mahaçqala şəhərinin Sovet rayonunda Azərbaycan Respublikası vətəndaşına məxsus "Jiquli" avtomobilinin sərnişini olmuş naməlum şəxs odlu silahdan sürücünün başına dörd atəş açıb və gizlənib.
Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib. Operativ-istintaq qrupunun əməkdaşları hadisə yerində 9 millimetr kalibrli dörd giliz aşkar edərək götürüblər.

Faktla bağlı cinayət işi qaldırılıb.
 





12.11.2012    çap et  çap et