525.Az

Jurnalist və anasının qətli ilə bağlı rəsmi açıqlama


 

Jurnalist və anasının qətli ilə bağlı rəsmi açıqlama<b style="color:red"></b> Daxili İşlər Nazirliyi və Baş Prokurorluq Bakının Xəzər rayonunda törədilən dəhşətli qətllə bağlı rəsmi məlumat yayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, noyabrın 11-də saat 07 radələrində Mənsimov Mənsim Kərim oğlu yaşadığı Xəzər rayonu, Mərdəkan qəsəbəsindəki evində ailə münasibətləri zəminində arvadı Zenfira Mənsimovanın və qızı Sevinc Mənsimlinin baş nahiyələrinə balta ilə zərbələr endirərək hər ikisini qəsdən öldürüb. Bundan sonra M.Mənsimov otaqda divara vurulmuş dəmir parçasına bərkitdiyi kəndirdən özünü asaraq intihar edib.
Bakı şəhər Prokurorluğu, rayon Prokurorluğu və rayon Polis İdarəsinin əməkdaşlarının iştirakları ilə hadisə yerinə və meyitlərə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb, müvafiq  ekspertizalar təyin edilib və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.
Fakta görə həmin tarixdə Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7 və 120.2.9-cu maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.
Qeyd edək ki, hadisə zamanı öldürülən Sevinc Mənsimli “Qafqazinfo”nun əməkdaşıdır.
 





12.11.2012    çap et  çap et