525.Az

Gənc jurnalist və anası qətlə yetirildi


 

Gənc jurnalist və anası qətlə yetirildi<b style="color:red"></b>

Bakı sakini arvadını və qızını öldürəndən sonra intihar edib

Noyabrın 11-də Bakıda dəhşətli hadisə baş verib. Xəzər rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Mərdəkan qəsəbəsində Makaron fabrikinin yaxınlığındakı yeni tikilmiş evdə 1949-cu il təvəllüdlü Mənsimov Mənsim Kərim oğlu ailə münaqişəsi zəminində həyat yoldaşı, 1963-cü il təvəllüdlü Zemfira Mənsimovanı və qızı, 1990-cı il təvəllüdlü Sevinci baltalayaraq qətlə yetirib. Bundan sonra 63 yaşlı kişi özünü asaraq intihar edib.

Qeyd edək ki, qətlə yetirilən S.Mənsimova jurnalistdir. O “Qafqazinfo” portalının əməkdaşı idi.

 





12.11.2012    çap et  çap et