525.Az

İƏT Baş katibi Elmar Məmmədyarova təşəkkür məktubu göndərib


 

İƏT Baş katibi Elmar Məmmədyarova təşəkkür məktubu göndərib<b style="color:red"></b>

İslam Əməkdaşlığı Təşkilatının Baş katibi Ekmələddin İhsanoğlu Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarova  təşəkkür məktubu göndərib.

Nazirliyin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, İslam Əməkdaşlığı Təşkilatının Baş Katibi Ekmələddin İhsanoğlu Xarici İşlər Naziri Elmar Məmmədyarova göndərdiyi təşəkkür məktubunda ölkəmizin bu nüfuzlu beynəlxalq təşkilata etdiyi könüllü maliyə yardımını yüksək qiymətləndirib və dəstəyə görə minnətdarlıq ifadə edib.

İslam Əməkdaşlığı Təşkilatının Baş katibi qeyd edib ki, Azərbaycan bu təşkilata üzv olduğu gündən qurumun fəaliyyətinə əhəmiyyətli dərəcədə dəstək verib. Azərbaycan 2006-2007-ci illərdə İƏT Xarici İşlər Nazirləri Komitəsinin Sədri kimi təşkilatın On illik Fəaliyyət Planında qeyd edilən məqsədlərə nail olunmasında yüksək səviyyədə və tərifəlayiq rol oynayıb.

Sonda Sizi əmin etmək istərdim ki, ölkənizin etdiyi bu könüllü yardım İƏT Sammitləri və Konfransları tərəfindən qəbul olunmuş qətnamələrə uyğun olaraq üzv dövlətlərin gözləntilərinin həyata keçirilməsi üçün sərf ediləcəkdir.

 





12.11.2012    çap et  çap et