525.Az

"Sehrbazlar dərəsi" Fransada nəşr edilib


 

"Sehrbazlar dərəsi" Fransada nəşr edilib <b style="color:red"></b>

Yazıçı Kamal Abdullanın "Sehrbazlar dərəsi" romanı Fransada məşhur "Harmattan" nəşriyyatında işıq özü görüb.

Kulis.az xəbər verir ki, kitab fransız dilinə türk dili ədəbiyyatı bilicisi Daniyel Rottenberq tərəfindən romanın Azərbaycan, türk ingilis dillərindən tərcümə edilib.

Kitabın ön sözü tərcüməçiyə məxsusdur. Ön sözün müəllifi əsər haqqında yazır:
 
"
Kamal bəy öz əsərində çox mühüm mövzulara qədim tarixi bir fonda (hətta zaman dəqiq göstərilməsə belə) nəzər salır.

Müəllif
oxucunu füsunkar təsirli tarixi məqamın içərisinə daxil edərək hadisələri bir çox hallarda mayası poeziya ilə yoğrulmuş üslubla təqdim edir. Bu isə oxucunu əsərin sonuna qədər gərginlikdə intizarda saxlayır".

"Harmattan" nəşriyyatı daha öncə Kamal Abdullanın "Yarımçıq əlyazma" (təkrar nəşrlə iki dəfə) fransalı alim Mişel Malerbin həmmüəllifi olduğu "Parlons Azerbaidjanais" ("Azərbaycan dilində danışaq") kitablarını çap edib.

 





24.09.2014    çap et  çap et