525.Az

"Qardaş qələmlər"in daha bir sayı


 

"Qardaş qələmlər"in daha bir sayı <b style="color:red"></b>

Bu yaxınlarda Avrasiya Yazarlar Birliyinin "Qardaş qələmlər" dərgisinin avqust sayı işıq üzü görüb. Dərgi Tatarıstanın şairi Rinat Harisin "Rəsul Rzaya suallar" şeiri ilə açılıb. Dərgidə Türkiyədən İbrahim Türkhan, Azərbaycandan Elşad Ərşadoğlu, Özbəkistandan Babahan Muhammed Şərif, Türkmənistandan Kərim Qurbannepesovun şeirləri yer alıb.

Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidin 50 illik yubileyi münasibətilə "Qardaş qələmlər" yubilyarın avtobioqrafiyası ilə bərabər "10 sentyabr" hekayəsini  dərc edib.

Dərginin bu sayında Şimali Kipr Türk Cümhuriyyətindən İsmail Bozkurtun, Qazaxıstandan Sabit Düsenbiyev Ahmetcan Aşırının, Türkiyədən Osman Çeviksoy, Ataman Kalebozan, Ahmet Turqut, Azize Kaya, Bünyamin Zile, Büşra Demir, Büşra Konaktaş, Ebabekir Campolat, Gül Bingöl, Sacidə Uslu, Sema Tanrıverdioğlu Ersöz Ülkü Taşlıovanın,  Özbəkistandan Ahmed Azamın, Tatarıstandan Asiye Yunisovanın, Kosovadan Taner Güclütürkün maraq doğuran bədii elmi yazıları öz əksini tapıb.

S.ABDULLAYEVA 

 





24.09.2014    çap et  çap et