525.Az

Sınaq qiymətləndirilməsinin nəticələri açıqlandı


 

Sınaq qiymətləndirilməsinin nəticələri açıqlandı<b style="color:red"></b> Bakı Şəhər Təhsil İdarəsi növbəti sınaq qiymətləndirilməsinin nəticələrini elan edib.

İdarədən Lent.az-a verilən məlumata görə,sentyabrın 20-də üzrlü səbəblərdən qiymətləndirilmədə iştirak etməyən müəllimlər üçün keçirilmiş Bakı şəhərinin dövlət ümumtəhsil məktəblərində çalışan müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsinin nəticələri ilə bakuedu.az saytından tanış olmaq mümkündür.

Onlar iş nömrəsi, məktəb kodu və doğum ilini yazmaqla öz nəticələri haqqında məlumat əldə edə biləcəklər.

Üzürlü səbəblərə görə qiymətləndirmədə iştirak edə bilməyən və sosial məzuniyyətdən qayıtmış müəllimlər üçün keçirlən sınaq qiymətləndirilməsində ümumilikdə Bakı üzrə 1493 nəfəri Azərbaycan, 260 nəfəri rus bölməsi olmaqla 1753 müəllim iştirak edib.
 





24.09.2014    çap et  çap et