525.Az

Gənclərin III Ümumrespublika Teatr Festivalı başlayır


 

Gənclərin III Ümumrespublika Teatr Festivalı başlayır<b style="color:red"></b> Oktyabrın 1-dən Gənclərin III Ümumrespublika Teatr Festivalına start veriləcək.

Lent.az-ın məlumatına görə, festivalın keçirilməsinin əsas məqsədi gənclərdə teatra olan marağı artırmaq, istedadlı gəncləri teatra cəlb etməkdir. Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyinin dəstəklədiyi festivalın ideya müəllifi millət vəkili Jalə Əliyevadır. Festival çərçivəsində iştirakçılar möhtəşəm ART – kampında iştirak edəcək, ölkənin ən tanınmış incəsənət və mədəniyyət xadimlərindən ustad dərsləri alacaqlar.
 
Qeydiyyat oktyabrın 1-dən başlayacaq və bir ay davam edəcək.
 
Yerlər məhduddur. Yalnız 12 komanda (tərkibində maksimum 10 iştirakçı ola bilər) iştirak üçün təsdiq ediləcək. I yerin qalibinə 3000 manat, II yerin qalibinə 2000 manat, III yerin qalibinə isə 1000 manat pul mükafatı veriləcək.
 
İki il ərzində Gənclərin Ümumrespublika Teatr Festivalına 250-yə yaxın istedadlı, yaradıcı gənc qoşulub. Festivalın informasiya dəstəyi Lent.az xəbər portalıdır.
 





25.09.2014    çap et  çap et