525.Az

Əflatun Amaşov dindarlar qarşısında çıxış edib


 

Əflatun Amaşov dindarlar qarşısında çıxış edib<b style="color:red"></b> Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nəzdində təşkil edilən Din Xadimlərini Təkmilləşdirmə Kurslarında dərslər davam edir.
 
Lent.az-ın QMİ-nin saytına istinadən xəbərinə görə, dövlət xadimləri, hüquq-mühafizə orqanlarının nümayəndələri, ictimai təşkilatların rəhbərləri, tanınmış alimlər müdavim-ruhanilər qarşısında çıxışlar edərək müxtəlif mövzularda mühazirələr söyləyirlər.
 
Sentyabrın 25-də Mətbuat şurasının sədri, əməkdar jurnalist Əflatun Amaşov təkmilləşdirmə kurslarının müdavimləri ilə görüşüb. Ə. Amaşov kursların fəaliyyətə başlamasını müsbət hadisə kimi dəyərləndirib və bu layihənin Azərbaycandakı din-dövlət münasibətlərinin inkişafına töhfə verəcəyinə ümid etdiyini bildirib.
 
O, ölkəmizdə mətbuatın vəziyyəti, KİV-in ictimai-siyasi həyatdakı rolu, rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında din xadimlərinə məlumat verib. MŞ-nın sədri dini mövzuların mətbuatda işıqlandırılması ilə bağlı fikirlərini də bölüşüb, bu sahədə çalışan jurnalistlərin peşəkarlığının artırılmasını vacib sayıb.
 
Sonda qonaq müdavimləri maraqlandıran suallara cavab verib.
 





25.09.2014    çap et  çap et