525.Az

"İkinci peykin orbitə buraxılması ilə bağlı tender keçiriləcək"


 

"İkinci peykin orbitə buraxılması ilə bağlı tender keçiriləcək"<b style="color:red"></b> "Azərbaycanın ikinci telekommunikasiya peyki olan “Azerspace 2”-nin orbitə çıxarılması istiqamətində intensiv iş aparılır".
 
Lent.az-ın məlumatına görə, bunu  rabitə və informasiya texnologiyaları nazirinin birinci müavini İltimas Məmmədov bildirib.

O qeyd edib ki, hazırda tenderin keçirilməsinə hazırlıq prosesi gedir. "Bu prosesə yüksək səviyyəli ekspertlər cəlb olunur".

Nazir müavini bildirib ki, hazırda nazirlik tərəfindən peykin uyğun texniki parametrləri müəyyən olunur , tenderlə bağlı əsas meyarlar müəyyənləşdirilir. "Bununla yanaşı, aşağıorbitli peyklərlə əlaqədar lazımi işlər həyata keçirilir. İlin sonunadək müvafiq qərar qəbul olunacaq".
 





25.09.2014    çap et  çap et