525.Az

“Xankəndi aeroportundan uçan təyyarələr hücuma məruz qalacaq”


 

“Xankəndi aeroportundan uçan təyyarələr hücuma məruz qalacaq”<b style="color:red"></b>

Ermənistan Xankəndi aeroportu ilə bağlı müxtəlif avantüralara əl atır, mətbuatlarında təxribat xarakterli yazılar dərc etdirir.

Lent.az-ın verdiyi məlumata görə, bunu Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov Ali Neft Məktəbində tələbələrlə görüşündə söyləyib.

Ziyafət Əsgərov deyib ki, həmin aeroport tikilsə də, istifadəyə verilməyib: “Ermənilər hər dəfə aeroportun istifadəyə verilməməsi ilə bağlı bir bəhanə gətirirlər. Bilirlər ki, Azərbaycanın icazəsi olmadan həmin aeroport açıla bilməz. Əgər həmin aeroport açılacaqsa, təyyarələr uçacaqsa, ölkəmizin hərbi hava qüvvələrinin hücumuna məruz qalacaq. Bununla yanaşı, Azərbaycanın dispetçer xidməti Xankəndindən uçan təyyarələrə xidmət göstərməyəcək”.

 





12.11.2012    çap et  çap et