525.Az

Akif Əlizadə direktorların toplantısını keçirdi


 

Akif Əlizadə direktorların toplantısını keçirdi<b style="color:red"></b>

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Direktorlar Şurasının növbəti iclası keçirilib. 
 
Lent.az-ın AMEA-nın saytına istinadən verdiyi məlumata görə, tədbiri giriş sözü ilə açan AMEA prezidenti, Direktorlar Şurasının sədri Akif Əlizadə gündəlikdə duran məsələlər haqqında məlumat verib. O, öncə qrant layihələrin düzgün idarə olunması, elmi-tədqiqatların büdcədən maliyələşdirilməsi və s. ilə bağlı məsələləri nəzərə çatdırıb.

Sonra AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının Hüquqi təminat şöbəsinin rəisi akademiyanın sürətlə inkişaf etdiyi hazırkı dövrdə qurumun inzibati məsələlərinin hüquq normaları çərçivəsində tənzimlənməsi, kargüzarlıq işlərinin lazımi səviyyədə qurulması istiqamətlərində aparılan işlərdən danışıb. AMEA elmi müəssisələrində kargüzarlıq işlərinin tələblərə cavab vermədiyini söyləyən R.Ağasiyev bu istiqamətdə sənədlərin forma və tərtibatlarına diqqət yetirməyi tövsiyə edib.
 
Tədbirdə iştirak edən Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev qrant layihələrinin idarə olunması, maliyələşdirilməsi istiqamətdə görülən işlər barədə məlumat verib.

İclasda AMEA prezidenti elmi kadr hazırlığı məsələsinə də toxunub. Qeyd edib ki, elmi müəssisələrin rəhbərləri onların tədqiqatlarının daha da inkişaf etdirilməsinə çalışmalıdırlar. Gənc tədqiqatçılar Avropanın elmi müəssisələrində fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə təhsil almağa göndərilməli, onların tədqiqat işlərinin nəticələri Elmi şuraların iclaslarında müzakirə olunmalıdır.

 





26.09.2014    çap et  çap et