525.Az

Xalq yazıçısı Elçin daha bir beynəlxalq mükafata layiq görülüb


 

Xalq yazıçısı Elçin daha bir beynəlxalq mükafata layiq görülüb <b style="color:red"></b> Azərbaycanın Xalq yazıçısı Elçinin əsərləri mütəmadi olaraq xarici ölkələrdə nəşr edilir. Ədibin roman və hekayələri Serbiya Respublikasında da geniş yayılıb.

Xalq yazıçısının serb dilində nəşr olunan “Ölüm hökmü”, “Ağ dəvə”, “Mahmud və Məryəm” romanları, eləcə də hekayələri bu ölkənin ədəbi ictimaiyyətinin və geniş oxucu kütləsinin rəğbətini qazanıb.
 
Serbiyada fəaliyyət göstərən, beynəlxalq səviyyədə tanınmış, nüfuzlu “Kariç qardaşları Fondu” İdarə Heyətinin qərarı ilə Azərbaycanın Xalq yazıçısı Elçin 2014-cü ildə “Ədəbiyyat sahəsində əldə edilmiş yüksək bədii-estetik nailiyyətlərə görə” nominasiyası üzrə “Beynəlxalq Kariç qardaşları” mükafatına layiq görülüb.

Mükafatın təqdimat mərasimi sentyabrın 30-da Serbiyanın paytaxtı Belqrad şəhərindəki Böyük Teatrda keçiriləcək.

Könül NİFTƏLİYEVA
 





28.09.2014    çap et  çap et