525.Az

Lavrov: "Rusiya ABŞ ilə yalnız idmanda yarışacaq"


 

Lavrov: "Rusiya ABŞ ilə yalnız idmanda yarışacaq"<b style="color:red"></b> Rusiya ABŞ və Avropa ölkələri ilə idman sahəsi istisna olmaqla, hər-hansı bir yarışmada iştirak etmir.
 
APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN rəhbəri Sergey Lavrov  “Bloomberg”ə müsahibəsində bildirib.
 
“Biz heç bir yarışma istəmirik. Burada yalnız idmanı – Olimpiya Oyunlarını, futbolu istisna etmək olar”, deyə Lavrov jurnalistin “Rusiya və ABŞ arasında yarışma varmı?” sualına cavabında qeyd edib 
 
O qeyd edib ki, Rusiyanın hər-hansı bir ölkə ilə yarışması Rusiyanı təhlükə kimi qəbul edən Avropa liderlərinin məntiqidir:
 
“Onlar unudurlar ki, Rusiya həmişə Avropanın bir hissəsi olub”. 
 





28.09.2014    çap et  çap et