525.Az

Gədəbəydə Kamaz aşdı


 

Gədəbəydə Kamaz aşdı<b style="color:red"></b> Gədəbəydə "Kamaz" aşıb, xəarət alanlar var.

525.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Gədəbəy rayonu, Arıqdam kəndində "Kamaz" markalı betonqarışdıran avtomobilin aşması barədə məlumat daxil olub.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sürücü və 1 nəfər sərnişini yaralı vəziyyətdə avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
 





12.11.2012    çap et  çap et