525.Az

Azərbaycan və Ermənistan diasporunun görüşü təxirə salındı


 

Azərbaycan və Ermənistan diasporunun görüşü təxirə salındı<b style="color:red"></b>

Rusiyada Azərbaycan və erməni diasporu arasında noyabrın 16-na təyin olunan görüş təxirə salınıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqı Koordinasiya Şurasının üzvü, “Azərros” – Rusiyada Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyətinin prezidenti Söyün Sadıqovla Rusiya Erməniləri İttifaqının prezidenti Ara Abramyan arasında görüş dekabrın əvvəllərində keçiriləcək.
 
Noyabrın 16-a təyin olunan görüşün təxirə salınmasının səbəbi Söyün Sadıqov və Ara Abramyanın Moskvada olmamasıdır.
 
Diaspora rəhbərləri dekabrda daha geniş tərkibdə görüş keçirməyi qərara alıblar. Görüşdə keçiriləcək birgə tədbirlərin planı hazırlanacaq.

 





12.11.2012    çap et  çap et