525.Az

Samir Kazımlı Müsavat Partiyasından istefa verib


 

Samir Kazımlı Müsavat Partiyasından istefa verib<b style="color:red"></b> Hüquq müdafiəçisi Samir Kazımlı Müsavat Partiyasından istefa verib.
 
Lent.az-ın məlumatına görə, bu barədə o, "feysbook" profilində bildirib. Samir Kazimli qərarını belə əsaslandırıb:

"Mən bu qərarı özüm müstəqil şəkildə vermişəm və səbəblərini də bəyanatımda yazmışam. Bu haqda əlavə nəsə demək istəmirəm. Və qeyd edirəm ki, ictimai-siyasi fəaliyyətimlə bağlı qərarları verəndə çox vaxt heç kimlə məsləhət etmirəm, özüm müstəqil şəkildə qərar verirəm.

Müsavata üzv olmaq haqda qərarımı verəndə Xalid Kazımlı ilə məsləhət etməmişdim. Çıxanda da məsləhətləşmədim. Amma mən indi də özümü MÜSAVATÇI hesab edirəm".
 





29.09.2014    çap et  çap et