525.Az

Sabah günəş tutulacaq


 

Sabah günəş tutulacaq<b style="color:red"></b>

Bu il üşün yeganə tam Günəş tutulması noyabrın 13-də, gecə baş verəcək.

ANS PRESS-in RİA "Novosti" saytına istinadən verdiyi məlumata görə, bu təbiət hadisəsi yalnız Avstraliyanın şimalında müşahidə edilə biləcək.

Bunun üçün bu ölkəyə 80 mindən artıq yerli sakin və turist axışıb. Onlar mağazaların piştaxtalarından şirə, çips və digər qida məmulatıarını alaraq təbiət hadisəsinə şahidlik etməyə tələsirlər. Günəş tutulmasının iki dəqiqə müddətində adi gözlə görünə biləcəyi bildirilir.

Bundan sonra Günəş tutulması Sakit okean üzərindən helikopter və təyyarələrdən müşahidə edilə biləcək.

 





12.11.2012    çap et  çap et