525.Az

Azərbaycanın gözəl SİMASI


 

Anarın “Azərbaycan ədəbiyyatı, incəsənəti, mədəniyyəti” (“Literatura. İskusstvo. Kultura Azerbaydjana”) kitabı haqqında publisist düşüncələri

Azərbaycanın gözəl SİMASI<b style="color:red"></b>

II cild

SİMAnın ikinci cildinə Anarın müxtəlif illərdə rəssamlar, musiqiçilər, memarlar, kino teatr xadimləri haqqında yazdığı esselər daxil edilib. Yeri gəlmişkən, yazıçı özünün üçcildliyi üçün niyə məhz esse janrını seçməsinin səbəbini ikinci cildə yazdığı ön sözdə belə izah edir:

Bu janrzaman məkan hüdudlarında gəzişmək üçün geniş imkanlar yaradır, müxtəlif müqayisələr aparmaq azadlığı, ictimai əhəmiyyətli hadisələri yaradılan portretlərin cizgiləri, xüsusiyyətləri, məişət hadisələri fonunda təqdim edə bilmək sərbəstliyi verir. ÜmumilikdəAzərbaycanın ədəbiyyatı, incəsənəti, mədəniyyəticildləri bizim xalqın ruhumun təcrübəsindən, taleyimdə baş verən dəyişikliklərdən çarpışmalardan keçirdiyim mənəvi dünyasının tarixidi”.

İkinci cildə daxil edilən məqalələr ölçulərinə məzmununa görə xeyli fərqlənir. Burada akademiklik ensiklopediklik həddində olan esselərə (xüsusən Muğamın əbədiliyi”, “Xalça müdrikliyi”, “Şərq miniatürü haqqında düşüncələr başqaları) rast gəlmək olar. Digər esselər həcmcə daha yığcam kiçikdi. Bu yazılartəsadüfi”, yaxud da hansısa mədəniyyət xadiminin yubileyi ya vəfatı münasibətilə (R.Behbudov, T.Quliyev, E.Səfərova s. haqqında esselər) qələmə alınıb. Üçüncülər sırf şəxsi təəssüratlara, ya da xatirələrə əsaslanır, bu ya digər sənətkarın həyat dolanbaclarının, yaradıcılıq irsinin xüsusiyyətlərini dərindən əhatəli açmağı qarşıya məqsəd qoymur. (“Süleyman Ələsgərovu xatırlayarkən”, “Şuşalı Yalçınlı günlər”). “SİMAnın ensiklopedik kanvasına belə materialların da daxil edilməsində bir qanunauyğunluq var. Belə ki, bu ya digər sənətkarın yaradıcılıq üslubunu, həmçinin geniş tərcümeyi-halını daha peşəkarlıqla sənətşünaslar öz elmi işlərində aça bilərlər. AnarınSİMAsının vəzifəsi isə başqadı. O özü bu haqda belə deyir: “Bəstəkarlar, musiqiçilər, rəssamlar haqqında mən sənətşünas deyil, yazıçı kimi yazıram. Mən onların portretlərini təsəvvürümdə olduğu kimi canlandırmağa çalışıram”.

Təsadüfi deyil ki, hansısa rəssamın üslub müxtəlifliyi, hansısa musiqiçinin yaradıcılıq tərzi barədə düşünərkən Anar tez-tez ədəbiyyat aləminə müraciət edir, müxtəlif xalqların zamanların sevimli ədəbi qəhrəmanlarıyla müqayisələr aparır.

Bəzən istiqanlı şahidin canlı müşahidə təəssüratları sənətkarı bizlərə tamam gözlənilməz tərəfdən göstərmək iqtidarında olur. Görkəmli bəstəkar Arif Məlikovdan bəhs edənMən ittiham edirəm...” essesində olduğu kimi.

İstənilən haldaSİMAnın mütaliəsi oxucudan böyük diqqət tələb edir. İkinci hissədə verilən esselərə gəlincə isə onları birnəfəsə oxumaq mümkün deyil. Anarın yazıları uzun yazıçı ömrü müqabilində ərsəyə gəlib, bu mənada onların oxunuşu da təmkin tələb edir: bəzən buradakı məlumatları yetərincə həzm etmək üçün mütaliəni saxlamalı, bu ya digər parçaya yenidən baxmalı olursan.

Cildə daxil edilmiş elə ilk esselərin oxunuşundan mövzuya peşəkar yanaşma dərhal nəzərə çarpır. Hekayətin mövzusundan doğan şəxsi düşüncələriylə yanaşı Anar ciddi mütəxəssis rəyinə istinad edir, kulturoloji tarixi paralellər aparır, onu maraqlandıran bu ya digər məsələlərin təşəkkül tapmasında əməyi keçən elm adamlarının adlarını xatırladır. Anar heç vaxt özünün şəxsən varmadığı, hiss etmədiyi, necə deyərlər, əliylə toxunmadığı mövzular haqqında yazmır. Əgər qəhrəmanı rəssamdısa, esse müəllifi mütləq onun bütün rəsmləriylə tanış olmalı (yaxud da artıq tanışdı), barəsində başqalarının yazdıqlarını oxumalıdı. Bir vaxtlar Anarın yaradıcılıqmətbəxininbu xüsusiyyətini görkəmli Azərbaycan yazıçısı İsmayıl Şıxlı dəqiq qeyd etmişdi: “Anarın bir yazıçı kimi yaxşı xüsusiyyətlərindən biri qələmə alacağı mövzunu dərindən öyrənməsi, əsl tədqiqatçı kimi axtarışlar aparması yalnız bütün bunlar mənimsənildikdən sonra yazını başlamasıdı”. İsmayıl müəllimin fikrincə, onunDədə Qorqud dünyası”, yaxudAnlamaq dərdikimi əsərləri bədii cəhətdən təsirli olduqları qədər elmidi.

Esselərdə tanıdığımız insanlar haqqında xeyli yeni məlumatlar toplanıb həm bu informasiyalar materialın qəhrəmanlarıyla olan şəxsi tanışlıqdan, birgə işlərdən, söhbətlərdən qaynaqlanan xatirələrlə daha da zənginləşib. işdi əgər informasiya qıtlığı yaranıbsa, bu zaman Anar qəhrəmanı barədə hər şeyi öyrənmək, yaxud özünü maraqlandıran bəzi suallara cavab almaq üçün həmin şəxsin evinə, emalatxanasına, teatra gedərək onu səmimi söhbətə çəkmək üçün jurnalistişləyir”.

Mövzunun Azərbaycan xalçası, orta əsrlər miniatürü, yaxud kino sənətindən bəhs etməsindən asılı olmayaraq, hər analitik essedə onlarla mənbədən iqtibaslar gətirilir. Bu sitatlar özündə Azərbaycan, Rusiya, Qərb müəlliflərinin kitabları, məqalələri, oçerklərini, qəhrəmanların şəxsi düşüncələrini, onların yaxınlarının xatirələrini s. ehtiva edir. bütün bunlarla bərabər istinad etdiyi əsərin müəllifinin adını soyadını qeyd etməklə özünəəziyyətvermək istəməyən (əslində çox vaxt heç istinad da olmur, belə ki, başqasının düşüncəsinə açıq-aşkar plagiatlıqla sahib çıxırlar) bəzi müasir yazıçı publisistlərdən fərqli olaraq, Anar həmişə özgəsinin düşüncəsinə rəyinə qarşı diqqətlidi. Müəllifin əsərin adının tam göstərilməsi onun üçün zəruri şərtlərdən biridi. əgər o, hansısa kitabdan, yaxud hansısa materialdan iqtibas gətirirsə, əmin ola bilərsiz ki, o, bu əsəri, monoqrafiyanı, oçerki s. əvvəldən axıracan diqqətlə oxuyub. Anar həm düşünən oxucu, peşəkar tamaşaçı, dinləyici, müşahidəçi kimi çox azsaylı yazıçılarımıza xas olan keyfiyyətlərə malikdi. Onun Azərbaycan rəssamları haqqında olan esselərini oxuyarkən belə təsəvvür yaranır ki, bu yazılar peşəkar sənətşünas qələmindən çıxıb. Belə ki, esselərində Anar həmin rəssamların təbiəti yaradıcılıq xüsusiyyətləri haqqında elə incəliklə mövzuya səriştəliklə söhbət açır, müxtəlif rəsm əsərlərinin mahiyyətini oxucuya elə obrazlı təsvir edir ki, istər-istəməz bu qənaətə gəlməli olursan. Musiqi aləminin korifeyləri haqqında olan esseləri oxuyanda isə sənə elə gəlir ki, bu məqaləni peşəkar musiqişünas yazıb. Bu cür yanaşma memarlıq sənətindən bəhs edən məqalələrə aiddi (kino teatrla bağlı məqalələri qeyd etməyə ehtiyac görmürəm. Çünki Anarın incəsənətin bu sahələrini mükəmməl bildiyi hamıya məlumdu).

Amma fikrimcə, kitabda bu ya digər sahələrə işıq tutan ensiklopedik xarakterli esselər (“Muğamın əbədiliyi”, “Qobustan magiyası”, “Milli teatrın kökləri”) özündə daha qiymətli yük daşıyır. Bu mənada, orta əsrlər şərq miniatürü haqqında olan yazı məni heyran etdi. İlahi, bir gör, nəticədə bu parlaq esseninəsl müasir komparativistika nümunəsinin ərsəyə gəlməsi üçün qədər ədəbiyyat oxunub, rəsm əsərlərinə baxılıb, qalereyalar gəzilib!

Anar zaman məkan etibarilə bir-birindən fərqli olan (Toğrul NərimanbəyovSezan, Cavad MircavadovMeksika rəssamı Ruffino Tamayyo, Rasim BabayevinMüharibə Pablo PikassonunHernikaəsərləri) müxtəlif rəssamlar rəsm əsərləri arasında orijinal, bəzənsə paradoksal körpülər, yaxud körpücüklər qurur. Onun esselərində bu gün dəbdə olan komparativistika elmi ruhunda xeyli kəşf tapıntı nəzərə çarpır. Məsələn, orta əsrlər şərq miniatürü haqqında yazarkən müəllif onunla XX əsrdə kubistika cərəyanını təmsil edən Avropa rəssamlarının əsərləri arasındakı bənzərlikləri göstərir. Yaxud, Azərbaycan xalçasının boya zənginliyinin sehri üzərində düşünərkən Anar, bir çox Avropa rəssamlarının əsərlərində bizim xalçalardansitat gətirildiyiniqeyd edir. Bununla yanaşı müəllif ümumi sübutlarla kifayətlənməyərək, bu rəssamların adlarını qeyd edir onların yaradıcılıqlarından olan nümunələriSİMAnın səhifələrinə yerləşdirir.

SİMAnındamı altındatoplanan esselərdə müəllifin intibah səviyyəsində olan hərtərəfliyi, yeni biliklərlə, yeni təəssüratlarla gənclik şövqüylə yanaşması heyrət doğurur. Üzdən baxanda, daş haqqında demək olar, axı? Amma o, daş haqqında nəsrlə yazılmış əsl poema yarada bilir (“Daş saatların çıqqıltısı”).

Əlbəttə ki, Anarın hansısa sənətkarın əsərinin üslubu, dili, yanaşma tərzi barədə düşüncələri fərdi, subyektivdi. Bu məsələlərdə Anarla razılaşmaq da olar, razılaşmamaq da, amma onun yazdıqlarını oxumaq düşünən insan üçün maraqlıdı. Çünki hər cümlədən oxucuda özünə ağıllı, mütaliəli savadlı həmsöhbət tapdığı təəssüratı yaranır.

Oxuduğunu hər kəs bir cür qəbul edir. Məsələn, mənim üçün Anarın parlaq yazıçı qələmiyləSİMAnın bu digər qəhrəmanının yaradıcılıq üslubunun özünəməxsusluğunu qeyri-adi özünəxas şəkildə təhlil etdiyi esseləri oxumaq daha maraqlı idi. Anar özü böyük sənətkardı bu mənada, onun deyək ki, Vaqif Mustafazadə, yaxud Tahir Salahovun istedadının təbiəti barədə düşüncələri yeni orijinal olduğundan maraqlıdı. Bu düşüncələr oxucunu yazının ardınca gələn fikirlərə, dialoqlara diqqət kəsilməyə, necə deyərlər, təhrik edir.

Bununla yanaşı Anar heç kimə öz zövqünü yanaşmasını təlqin etmir. Çünki sovetlər dönəmində incəsənətdəki bütün eksperimentlərə qarşı olan kütləvi basqını yaxşı xatırlayır. Odur ki, o, incəsənətdə peyda olan hansısa hadisəylə bağlı öz şəxsi baxışlarını ehtiyatla, ustalıqla ifadə edərək, sanki üzrxahlıqla bildirir ki, söhbət onun bunu qəbul edib-etməməsində, yaxud anlayıb-anlamamasında deyil, sadəcə, incəsənətin digər istiqamətləri bir müəllif kimi ona daha yaxındı. Amma Allah eləməsin, bu heç o demək deyil ki, onun üçün qəbuledilməz, yaxud hansısa bir başqası üçün anlaşılmaz olan əsər yaşamaq hüququna malik deyil (bax. Azərbaycanın avanqard təsviri sənəti barədə olanAxtarışlar itkiləressesi).

Anar öz qəhrəmanlarının portretlərini necə deyərlər, “laklamır”, ara-sıra onları insani zəiflikləriylə, həyatlarındakı mürəkkəb anlarla, ustadlar arasında olmuş qarşılıqlı münasbətləri dramatik məqamlarıyla (bax. Fikrət Əmirovdan bəhs edənSadəliyin dərinliyiessesi) təsvir edir. Anar özü özünə verdiyiməişət məsələlərindən belə ətraflı yazılsa, buyöndəmsizhəqiqət görkəmli şəxsiyyətlərin obrazlarına xələl gətirməzmi?” sualını belə cavablandırır: “Əgər onları (korifeyləriE.A.) az-çox tanıyanlar, hər halda gələcək nəsillər üçün canlı şahidlik etməsələr, bu, şayiələrin əfsanələrin düzülüb qoşulmasına rəvac verəcək”.

lll

Qeyd etdiyim kimi, üçcildliyə daxil edilmiş esselərin əksəriyyətini Anar rus dilində, sonradan başqaları tərəfindən tərcümə olunan bəzilərini isə Azərbaycan dilində yazıb. Amma hər iki halda oxucu müəllifin azərbaycandilli olduğunu hiss etmir, onun rus dilini belə dərindən duymasına, ölkəmizdə bu iki böyük dili qarşı-qarşıya qoymaq istəyənlərə örnək ola biləcək olmalı olan bu zəngin iki dilliliyinə heyran qalmaya bilmir.

Öz qəhrəmanlarının portretlərini təsvir edərkən, yaxud yaradarkən o, nəsrdə əsl rəssamdıoxucuyla həssas mənzərə ustası, təsiredici lirik kimi ünsiyyət qurur. Anar Azərbaycan mədəniyyətinin bu ya digər hadisəsinin xarakterini açmaqda mahirdi. Məsələn, o, iki nəhəng musiqininmuğam cazın məğzinə, dərinliyinə vararkən bu qənaətə gəlir:

Muğam yaşamın ləngərli müşahidəsi, anilikdən, heçlikdən emosional təcrid, Əbədiyyətin özü qədər sonu görünməyən musiqidi.

Caz qaynar ritmlərin, yorulmadan, aman vermədən dartınan əsəblərin sərbəstliyidi. Əlbəttə, cazda da melanxolik blyuzlar, təsirli məqamlar var, amma caz kədərinin konkret ünvanı mövcuddu. Bu, dünyəvi kədər, itirilmiş vətən azadlıq xiffətidi. Bu, zaman içində olan tragizmdi.

Amma muğam metafizikdi, o özündə həyatın əzəli faniliyini daşıyır, muğam zamanın çərçivələrinə sığmayan tragizmdi”.

Adətən yumşaq təbiətli təmkinli Anar, düşünmədən Azərbaycan xalqının mənəvi sərvətlərini dağıdanlara, yaxud bu məsələyə laqeyd qalanlara qarşı qətiyyətli hətta amansızdı. Bu cür qınayıcı fikirlər memarlıq nümunələrinə həsr olunmuş materiallarda, məsələn, qədim daş abidələrləatların, qoyunların s. heykəlləri ilə bağlı esselərdə yetərincədi. Müəllif qeyd edir ki, bu cür abidələrimizin çoxu artıq məhv olub, özü təkcə erməni işğalçılarının əliylə yox. Anar yeni Bakının memarlığında da bəzi elementləri qəbul etmir. “Köhnə İnturist”, “Moskvamehmanxanalarının sökülməsinə təəssüflənir. Sevimli Bakısının bu digər guşəsini yenidən necə qurmalı olmaqla, paytaxtın küçələrində hansı abidələri görməyi arzulamasıyla, gələcək Dədə Qorqud parkını necə təsəvvür etməsiylə bağlı oxucularla fikrini bölüşür. Özünün yazdığı kimi, əlbəttə, bütün bunlar yazıçı fantaziyasıdı, amma istərdik ki, Bakının memarlıq simasına cavabdeh olan şəxslər bufantaziyalarıoxuyub onlardan özləri üçün xeyirli nəsə götürsünlər.

Hesab eləyirəm ki, “Azərbaycan ədəbiyyatı, incəsənəti, mədəniyyətikitabı dərs vəsaiti kimi qəbul edilməli, gələcək tiyə fırça ustalarının, dirijor bəstəkarların, sənətşünas teatrşünasların təhsil aldıqları ali məktəblərdə tədris olunmalıdı. Çünki bu esselər həm cansıxıcı akademizmdən uzaqdı, yüngül oxunur. Əsl usta qələmindən çıxmış püxtə, maraqlı bir dillə yazılıb, qeyri-adi illüstrativ materiallarla zənginləşdirilib eyni zamanda mütəxəssislər üçün dəryalarca faydalı məlumata malikdi.

SİMAdakı tərtib dizayn işi xüsusi qeyd olunmalıdı. Mən müəyyən mənada esselər toplusu olmaqla (fundamental sözünü qarşısına əlavə edərdim) yanaşı, əsl incəsənət kataloqu təsiri bağışlayan, səliqəylə işlənmiş belə bir zəngin kitab çoxdan idi görməmişdim. Kitabın maraqlı vizuallığından hiss olunur ki, bu sahə ciddi-cəhdlə işlənilib. Belə ki, müəllif bu ya digər rəssamın üslubu barədə paralellər gətirərkən yanına dərhal gözəl seçilmiş fotolardan illüstrasiyalar yerləşdirilir. Kitabda bütün teatr, səhnə, kino xadimlərinin portretləri, sevimli filmlərdən kadrlar, təsviri sənət nümunələri s. təqdim olunur. bütün bunlar hamısı, necə deyərlər, yerinə düşür, işə yarayır. Bu yerdə üçcildliyin tərtibatçısı məsul şəxsi olan milli poliqrafiya sənətimizin görkəmli nümayəndəsi Nazim İbrahimovun əməyi xüsusi qeyd olunmalıdı. O, Anarla birlikdə böyük bir işin öhdəsindən layiqincə gələ bilib. Buna görə ona dərin təşəkkürlər.

Bununla yanaşı, fotoların keyfiyyətli alınması məqsədilə kitabı rəsm kataloqları üçün nəzərdə tutulan ən yaxşı kağızda nəşr etdirmək lazım gəldi. Nəticədə kitab çox kütləli alındı. Belə ağır kitabla divana uzana, kresloya yayxana bilərsən. Onu yalnız stolun üstünə qoyub şagird pozası almaqla oxumaq olar. Bu mənada, “SİMAəlbəttə ki, kitabın müasir formatlarından uzaqdı. Bununla bağlı düşündüm ki, hərSİMAnın həcmini azaldıb deyək ki, üç yox, məsələn, altı cild (hissələrə uyğun) etsək, necə olardı? Onda kitab daha nazikləşər yığcamlaşardı, əldə tutmaq da rahat olardı. Çünki müasir oxucu tənbəldi ciddi yazıya elə həvəsli deyil. Bu mənada, çətin ki, özündə beləzəhmlikitabın oxusuna başlamaq kimi cəsarət tapsın.

SİMAda mənim düzəliş vermək istədiklərim var. Məsələn, xeyli sayda orfoqrafiya səhvləri mətbəə xətaları (redaktorlar xüsusən korrektorlar bu səviyyədə bu həcmdə olan kitab üzərində çox ciddi işləməliydilər) təəssüf doğurur. Bir mənə elə gəlir ki, Anar öz esselərində müxalifət mətbuatı tərəfindən ona qarşı olan qərəzli hücumları çox xatırlayır. Biz onunla bu mövzu ətrafında xeyli söhbətlər etmişik. Mən ondan bu məsələyə bu qədər ciddi yanaşmamasını, bu xırda yaramazlıqlara əhəmiyyət verməməsini xahiş etmişəm. Çünki bu cür qərəzli paskvillər yazan cızma-qaraçılarla yazıçı Anar arasında olan məsafə həddən ziyadə böyükdü. Anarın bu reaksiyası insani tərəfdən anlaşılan olsa da, əksinə, bu, cızma-qaraçıları daha da həvəsləndirir növbəti təxribatlara sürükləyir. Düzünə qalsa, onlar buşərəfəlayiq deyillər. Bir gördun, Anarın sayəsində həmin bu qanturallar, astanbəylilər ustad yazarın bədxahları qismində olsa belə ədəbiyyat tariximizə düşdülər.

lll

Hər esseni oxuyarkən, adamın içindən az qala nida qopur: ilahi, bizim bu bərəkətli torpaqda necə şərəfli, istedadlı insanlar yaşayıblar ( yaşayırlar). Anar gör necə xoşbəxt insandı ki, bu korifeylərin əksəriyyəti ilə şəxsən tanış olub, dostluq edib. ona böyük afərin düşür ki, bu məqamları gözdən qaçırmayıb, bizlər üçün çox qiymətli olan bu simaları sözlərə həkk edib, təsvirlərini yaradıb. bizlər bu əvəzi olmayan şəhadətləri gələcək nəsillərə ötürəcəkSİMAnındamı altındatoplanan esselərə görə, necə xoşbəxt zəngin xalqıq.

Mühacir rəssamlarımızdan bəhs edən gözəl essesində Anar Əlibəy Hüseynzadənin oğlu Səlim Turan tərcüməçi İldəniz Qurtulanla birlikdə İstanbuldaXoşbəxt ol, Nazımtamaşasına necə baxdıqlarını xatırlayır. Anar bu səhnə əsərinə baxdıqca əsl sənətin qüdrəti barədə düşünürmüş:

Düşünürdüm ki, budu, artıq biz kommunist Nazım Hikmət haqqında tamaşaya baxırıq: pantürkizm ideoloqunun oğlu Səlim Turan, İrandaMusavatpartiyasının təmsilçisi olmuş, sonralar QULAQ cəhənnəmindən keçmiş möcüzə nəticəsində sağ qalmış Əjdər Qurtulanın oğlu İldəniz... bir mənMusavat nazirinin nəvəsi sovet nazirinin oğlu. Nazım üçün qapıları bağlanmış İstanbulda... Dəlicəsinə sevdiyi şəhərinə olan bu dəlicəsinə xiffəti Nazım özüylə məzara apardı. budu, onun ölümündən cəmi bir neçə il sonra İstanbulun düz mərkəzindəki teatrın səhnəsindən onun ölməz şeirləri səslənir. Bəli, bütün siysi qadağalar, siyasi çağırışlar gec-tez bütün maneləri dəf edib oxucusuna, tamaşaçısına, dinləyicisinə çatan əsl sənət qarşısında gücsüzdü”.

İnanmaq istərdik ki, eynilə bu şəkildə, dərc edilmiş sözdən təcrid olunmuş, ciddi ədəbiyyatı qəbul etməyən indiki gənc İnternet sosial şəbəkələr nəsli yenidən kitaba qayıdacaq. bu zaman AnarınSİMA Azərbaycan xalqının uzunəsrlik mədəniyyətini bütün möhtəşəmliyi gözəlliyi ilə birlikdə onlara nümayiş etdirəcək.

Hələlik isə ikinci cildin qəhrəmanlarıyla sağollaşıb, “Yaşamaq haqqıadlı tarixi-kulturoloji traktatla açılan 500 səhifəlik üçüncü cildin oxusuna başlayıram. Amma bu barədə gələn məqaləmdə...

 





29.09.2014    çap et  çap et