525.Az

Məmməd Aslanın yeni şeirləri


 

Məmməd Aslanın yeni <b style="color:red">şeirləri</b> Şəhriyarlaşan  dünyamız

 

Şəhriyar üstündə tanrı yar olmuş,
Şöhrəti hər yerdə bərqərar olmuş;  
Hər evdə az qala bir Şəhriyar var:

Millət adaşlaşib: Şəhriyar olmuş!  

 

Vurnuxma

  

Qurunun oduna yaş daha yandı;

Əridi dağ daha, daş daha yandı.

Heç kəs qazanmadı bu vurhavurdan;

Cırtdanla bərabər əjdaha yandı.

  

Comərdlər  comərdi

 

Yaxşılar gəzəri qızılgül şaxı: 
Gəzdikcə ətirlər göyü, torpağı!..

Təpədən-dırnağa ətir anbarı:

Ən comərd gülabdan gördüm Şahdağı.

 

Söz dəyirmanı

 

Möhtərəm Rəşad Məcid!

 

Əllisini sən yola saldın. Mübarək olsun! Deyərlər ki: “Yaş əlli; bəlli!”

 

Nəymiş axı bubəlli olan ”?! Yəqin ki, hər yaş sahibinin cavabı başqa-başqa olar.

 

Səni sevənlərə ümumi oxucuya bəlli olanı budur ki: ədəbi həyata qədəm qoyalı şeirlərini dəlicəsinə yazdın onları dəlicəsinə kitablaşdırdın. Dəlicəsinə hekayələrini qələmə aldın.

 

Dəyirmançısı olduğun birsöz dəyirmanına da dəlicəsinə can yandırmaqdasan.

 

Hər fəaliyyətin dəlicəsinə! gözəl! Dəlicəsinə işə qatlaşmaq canı-dildən, tutarlı bir çeviklik göstərməkdəsən!

 

Bundan geri dəlicəsinə arı kimi nizam-tərəzi ilə pərvazına tale yar olsun!..

 

Bağışla ki, təbrikə gecikmişəm. Əslində, sənə yenə giley-güzar məktubu yazmağa qərar vermişdim. Yuxarıdakıları da yerinə düşdüyündən dilə gətirdim.

 

İnciməkliklər bəzən şeir yazdırır adama...

 

 

Ağır qovğadasan, ay Rəşad Məcid,

Qəzetindəyirman, şairlər dənçi.

Məmləkət başabaş şairlə dolu:

Axışır üstünə qocası, gənci.

 

Sənin bu qəzetin həyat nəfəsli,

Onda üzə çıxır çox şeyin əsli.

Qəzetin qoruyur ədəbi nəsli;

525” elin güvənci!

 

Əlli yaş bir yanın, yüz yaş bir yanın:

Uğuru bol olsun sənət dünyanın!

Saattək işləsin söz dəyirmanın;

Sağlığın səhhətli, qəzetin öncü!

 

Bir vaxt sözün safı qatar-qatardı;

Söz sözlə çaxnaşar, qulaq batardı.

Sözünşahıvardı, ‘‘top’’çusu vardı:

Hələ yaddaşlarda sözün şətrənci...

 

Sənət cılızlaşdı, dəyər qalmadı,

Öyüdlər qalmadı, öyər qalmadı;

Bağı dolu döydü, bəhər qalmadı,

üzdə dalğıc var, dibdə inci.

 

Getdi, söz öncülü, qalmadı sərvər;

Geri qayıtmadı cümlə hünərvər...

Buğdası, arpası olana yer ver;

Söz dəyirmanına qoyma dilənçi!

 

söz uyuşumu, söz sanbalı...

Sıyrıldı misradan sənətin balı.

Damağa dad verməz sözün bu halı,

Döşünə döymədə yetən çərənçi...

 

Sırtığa üz vermə, astar da istər;

Əlinin tərsiylə qapını göstər!

Yalançı şöhrətə çoxdu hərislər,

Getdikcə çoxalır sözün girinci.

 

Mən yarandım ki, söz-söz əriyəm;

Zər-zibam yoxsa da, söz zərgəriyəm!

Sanaram dünyanın bəxtəvəriyəm:

Bir şah beytin ömrüm olsa ödənci.

 

Məni çox gözlətmə, qoca dənçiyəm,

Dağda yornuq düşən bir mədənçiyəm...

Məlumun olsun ki, səndən inciyəm:

Qalmamış səbrimin tabı, dirənci.

 

Novatda bozartma Məmməd Aslanı,

Gətirdiyi dəndən dənçini tanı.

Hələ qopmayıb ki, Nuhun Tufanı,

özünü danla, məndən inci...                

 

Dərddaşım  dağlar

 

Sizsiz yaşamağım zindan əzabı;

Əgər yaşadığım yaşamaqdısa...

Fələklə könlümün qəmxarlığı var,

Göylərin gözündən yaşım axdısa.

 

Çiçək açmalıydı daşda diləyim;

Çiynimə qonmamış uçdu mələyim.

Hansı mərtəbədən, məqamdan deyim,

Təmələ hördüyüm daşım axdısa...                 

 

Mənimlə danışdı dağın hər daşı;

Sirr tutan dağların Məmməd sirdaşı.

Bir kömək ummadan dərdini daşı,

Məqsədin dağ yükü daşımaqdısa.

 

Çingiz Mehdipur haqqında iki şeir

 

Çingiz Mehdipuru öncə türk sazına göstərdiyi tarixi dədəliyinə görə bəyənmişəm. Sonralar da Dədəmiz Qorquddan qalma sazımızın işığında Çingiz bütün mötəbərliyi ilə şəkillənib gözüm önündə. Bundan sonra da əl çəkməyib maraq məndən: Həryönünə, görəsən, sazmı mükəmməl, yoxsa Çingiz şəxsiyyətimi deyə, onları çox çək-çevir eləmişəm. Şükürlər olsun ki, sazı sahibinin şəxsiyyətini bir cüt yelkənli at kimi qoşalaşıb yarışa çıxan görmüşəm; biri digərini, yaxşı ki, ötə bilməyib.

 

Min şükür!   

 

1. Sazın bəxtəvər başına

 

Bəxtəvər başına, Çingiz Mehdipur!

Çiyninə saz qonmuş dövlət quşutək.

Şahdağın başında bir aşiyan qur:

Çağla Şahnabatın çağlayışıtək!

 

Sənin dünya boyda dərdi-sərin var

Abbas quyudaymış, xəbərin var?

Aşıqlar səfində bəlli yerin var:

Bir köklü qayanın şah duruşutək.

 

Ağır yığnaqlara köksünü gərən:

Sən sevda yolçusu, sən igid ərən!

Hirsini cilovla, haqqına dirən!

Meydana çevrə çək üzük qaşıtək!

 

Hər kəsə doğmadı Koroğlu siman!

‘‘Misri’’ çal; gurlasın yer, göy, asiman!..

Ucalmaq müşkül ; ruh varsa, asan!

Dərd ağır basanda özün daşı tək!..

 

Çingiz üz tutduğu hər yerdə alqış! —

İstər bahar olsun, istər olsun qış..

Təbriz göylərindən bir saz asılmış:

Həm sazın özü tək, həm nəqqaşı tək!

 

2. Türk sazının sərtacı

 

Çingiz ehtizazda, Təbriz heyrətdə:

Bu gün türk sazının meracı sanki.

Ahənrüba olmuş saz birdən-birə,

Bu birlik Türklüyün əlacı sanki.

 

Dünya qopub-düşdü, caizsə təbir;

Dolu əvəzinə daş tökdü əbir.

Simlərdə ildırım çaxnaşdı bir-bir:

Qılınc kəsib tökdü qılıncı sanki.

 

Çingiz huşa təslim, saz çağlayışda,

Mat qalıb bu hala göydəki quş da.

Ürəklər bir yerdə, bir çırpınışda;

Sazıymış aşığın sərtacı sanki.

 

Sazın qəzəbi var, sazın qəhri var;

Hər simin bir özgə dəli nəhri var!

Məğribdən-Məşriqə sazın sehri var:

Qəlbimizdən keçir son ucu sanki.

 

Yaddaşdan-yaddaşa sazdı yarımız!

Yarı özümüzük, sazdı yarımız.

Yerimiz-yurdumuz, saz-diyarımız!

Sazla unudulur hər acı sanki.

 

Saz cəh-cəh vurduqca müənbər olmuş,

Çingizlə qovuşub, mötəbər olmuş!

Qaynayıb, bizimlə can-ciyər olmuş;

Saz ya qardaş bizə: ya bacı sanki.

 

Xeyrə qənşər gəlsin başa gələnlər!

Yenə qan fışqırır dağlar-bələnlər;

Şərqin başı üstdə fələklər inlər:

Hönkürər Çingizlə ‘‘Qaraçı’’ sanki.

 

Günəşi udmağa güdükdə gecə;

Getsin müsibətlər, bitsin işgəncə!

İldırımlar çaxar bahardan öncə!

Hər gülə vəsilə bir sancı sanki.

 

İlham pərisi

 

Məni tək qoymazdın bircə ləhzə ,

Məndən əl çəkməzdin, kim əl çəksə .

Ayağımız altda yerlər yarılsa,

Başımız üstündə göylər çöksə .

 

Sən Haqqın şairə qıydığı iksir!

Sənin qüdrətindən şeirdəki sirr!

Sən olan könüllər bir baharistan!

Sənin nəfəsindən gül-çicək əsir.

 

Tək İlham Pərisi deyilsən, Pəri!

Canımın cövhəri, gözümün fəri!

Səninlə söhbətə cəlb edə bildim

Mehtablı gecədən nazlı ülkəri.

 

Səninlə kəlmələr misralanardı;

Misralar nizamla sıralanardı.

Bir billur çeşməyə yön göstərərdin:

Misralar yuyulub durulanardı.

                 

Sənin qanadında mən pərvazdım;

Yüngülqədəm oldu hər ki, yazdım.

Sehirli hənirtin güllər açardı;

Onları çinlərdim, heç yorulmazdım.

 

Qəlbimdə qəlbinin nəbzi atardı:

Şeir hardan doğdu, harda qurtardı...

Sən varkən mən bunu hardan bilərdim?!

Ol! – dedin ki: şeir oldu-qurtardı...

 

Üzünü görməzdim, hərçənd ki, sənin:

Hər misra ki, sənin; hər bənd ki, sənin!

Madəm ki İlhamın Pərisi sənsən,

Şeir başdan-başa, əlbət ki, sənin!

 

Bir yol səni aşkar görmək dilədim;

Bu arzu mümkünsüz, bu dilək qədim.

Umulmaz olunca səninlə görüş:

‘‘Mələk mələkdi, görünsə!’’- dedim.

 

Sirli nəfəsinə köklənmiş quldum;

Nəyi aradımsa, səninlə buldum.

Boz-bulanıq yoldan əgər keçdimsə,

Sənin nəfəsini uddum, duruldum!

 

Səninlə birgəlik şahlıqdan uca!

Şaha qismət olsan, gərək yox taca!

Yaxşı ki, bazarlıq bir şey deyilsən,

Zəmanə səni çəkər hərraca!..

 

Məni tərk elədin, söz daddan düşdü,

Misra şil-küt oldu, inaddan düşdü.

Üfüqə üz tutmuş bir zəvvar idim:

Yollara daş yağdı, söz atdan düşdü.

 

Göydən qismətim, yerdən yerim,

yazı-pozumda zərrə dəyərim...

Özümü aldatdım – “pərim var’’ deyə,

ilhamım varmış, ‘‘İlham Pərim’’...

 

Dərdi tapşır dərdiməndə

 

Eldar Baxanoğlu Kəlbəcərin mükəmməl ziyalısı, Azərbaycan elminin yetkin nümayəndələrindəndir. İş elə gətirib ki, 24 ildir elmi fəaliyyətini Tunisdə davam etdirməkdədir. Tunis Milli Mühəndislik, Milli Memarlıq Milli Politexnik İnstitutlarında ara vermədən çalışmaqdadır.

 

Fransız rusca qələmə aldığı bir sıra gərəkli dərslik onun hörmətini uzaq ölkədən kənar elmi müəssisələrdə artırmışdır...

 

Eldar müəllim qürbətdən çoxdan doymuşdur. Vətənə dönmək istəyir, gəl ki, dönə bilmir. Qürbət onun elmindən insanlığından doymayıb. Hörmət üçün xəstə yatmağa məcbur olub!..

 

Bu da keçər, bu da bitər:

 

İnşaallah!

 

Qürbət səndən doymur deyə,

Tərk etmirsən qürbətini.

Qəlbimizə qəmxar etdin

Baldan şirin həsrətini.

 

Biz səni övliya bildik,

Göydən enmiş ayə bildik.

Qəlbimizcə öyə bildik

Sənin örnək iffətini.

 

Dağı tapşır dağaçəksin;

Dərd dağı sınağa çəksin!

Zülfün qəhrin cığa çəksin;

Biz sənin xiffətini.

 

Dərdi tapşır dərdiməndə;

Dərd əhlinin dərdi məndə.

Yerlər göydən dərd əməndə,

Fəqir görmə qismətini.

 

Daha dönmə yad diyara!

Yaddı sənə, yaddı yara.

Həftəsindən yeddi yara...

Püskür birdən hiddətini.

 

İnadınla ver əl-ələ,

Bəxtə qarşı üsyan elə!

Gəncliyindən sevdik hələ

O bənzərsiz xislətini.

 

Allaha bax, yetər, Eldar!

Üzmə bizi betər Eldar.

gəlmişsə, ötər, Eldar,

Yığ sonuncu taqətini.

 

Qorxunc əlamətlər

 

Kor, Allaha necə baxsa,

Allah da kora elə baxar...

(Xalq inancı)

 

Arılar yuvanı tərk edib gedir,

Geridə çiçəksiz bir dünya qalır.

Bəndələr obanı tərk edib gedir,

Arxada sahibsiz bir röya qalır.

 

Arının ardınca quruyur meşə,

Çiçək doluxsunub baxır Günəşə.

Hər yanda vurnuxur qorxu-əndişə,

Dünyanın əlacı ax-vaya qalır...

 

Dəryada fəlakət, dağlarda ələm,

Deyəsən, pozulur bu lövhü-qələm...

Üfüqdən-üfüqə qeyb olur aləm;

Həyatçün toxum, maya qalır.

 

lll

 

Bu cahan diz çökür göz baxa-baxa:

Zillətlə qovuşur axşam sabaha.

Dünyanın şəriksiz Sahibi varmış! –

Axır ki, inanır bəndə Allaha...

 





29.09.2014    çap et  çap et