525.Az

Xalqdan gələn sosial sifariş


 

Xalqdan gələn sosial sifariş <b style="color:red"></b>

Etiraf edək ki, haqqında bəhs edəcəyimiz mövzu uzun illər idi ki, camaatı düşündürürdü. Hamı öz arasında, kiçik məclislərdə bu barədə dəfələrlə narazılıqlarını bildirir, amma geniş şəkildə ictimai müzakirəyə çıxarmağa ehtiyat edir el qınağına tuş gələcəyindən çəkinirdi. Əslində bir çox rayonlarımızda, kəndlərimizdə el ağsaqqallarının mahalın nüfuzlu şəxslərinin səyləri ilə bəzi islahtlar həyata keçirildi. Lakin kütləvilik yox idi. Xalqdan gələn sosial sifariş isə gündəmi dəyişdi. Bir səbəb lazım idi ki, hamılıqla qərar verilsin. Nəhayət, hamının narahatlığına gərginliyinə səbəb olan bu məsələ elliklə həllini tapdı. Hüzrü düşən adamlar arxayın başını qaldırıb ona təziyə üçün başsağlığı verən adamları doğru-dürüst görə bildilər. Daha kimsə yaxınlaşıbət qurtarır tez bazara adam göndərib 30 kq aldırmaq lazımdır yaaxırıncı düyü kisəsi boşaldı, yağ da azalıb bir azmer-meyvə lazımdır kimi qəfilmənəvizərbələrə tuş gəlib ürəklərini tutmurlar. Axı bu sözlər ilk anda sadəcə söz kimi səslənir, əmələ gəlincə bu hər şeydən əvvəl böyük puldur, əziyyətdir gələcək üçün üst-üstə yığılan borcdur. Ən önəmlisi isə bütün bunlar ucuz şan-şöhrət, dünya axirət üçün heç bir faydası olmayan israfçılıqdır.

 

Bəs görəsən israfçılıq nədir? Kəlmənin lüğəvi, şəri məna məğzi nədən ibarətdir?    

 

Ərəb mənşəli kəlimə olan israf dilimizə tərcümədəartıq lazımsız yerə xərcləmə, sərf etmə, işlətmə, dağıtma puç etməkanlamını ifadə etməkdədir. Nemətlərə onları göndərənə qarşı böyük hörmətsizlik olan israf, həm digərlərinin məşəqqət zillət içində yaşamasının başlıca səbəblərindən biridir.  Qurani-Kəriminəl-İsrasurəsinin 26, 27-ci ayələrində malını sağa-sola səpələyən bədxərc kimsələr kəskin qınanmış şeytanın qardaşlarıadlandırılmışdır.

 

Gördüyümüz kimi Müqəddəs kitabımızda da Uca Yaradan israfı qadağan etmiş bədxərcliyi şeytanın sifətlərindən biri kimi göstərmişdir. Onu da qeyd edək ki, önəmli olan qədərdeyil, “harasərf etməkdir. İslam alimlərinə görə, bir insanın bütün malını-mülkünü Allah yolunda sərf etməsi bədxərclik sayılmaz. Lakin insanlıq üçün faydası olmayan bir qəpik belə xərclənərsə,  israf sayılar.

 

Təəssüf ki, bugünkü gün Allah Elçisinin (s) “asanlaşdırın-çətinləşdirməyin, sevdirin-nifrət etdirməyinhədisi-şərifinin əksinə olaraq toy yas mərasimlərində çox böyük ölçüdə israfçılıq hökm sürür. Halbuki, Qurani-Kərimdə konkret olaraq bütün dəqiqliyi ilə mübahisəsiz, ixtilafsız belə hökm edilmişdir: “Ey Adəm oğulları! Hər bir ibadət vaxtı (namaz qılarkən, məscidə gedərkən ya təvaf edərkən) gözəl libaslarınızı geyin, yeyin-için, lakin israf etməyin, çünki (Allah) israf edənləri sevməz!” (Əraf surəsi, 31).  əldən çox bərk ol, əlini tamamilə açıb israfçılıq et. Yoxsa həm qınanarsan, həm peşman olarsan!” (İsra surəsi, 29). “Sizə verdiyimiz ruzilərin təmizindən (halalından) yeyin, lakin bunda həddi aşmayın (israfçılıq, xəsislik nankorluq etməyin, ehtiyacı olana şəri qayda üzrə kömək göstərin), yoxsa qəzəbimə düçar olarsınız. Qəzəbimə düçar olan isə mütləq uçuruma düşüb bədbəxt (cəhənnəmlik) olar” (Taha surəsi, 81).

 

Deməli, israfla bağlı məsələni birmənalı şəkildə-həm bütün hallarda-toylarda, ziyafətlərdə, qonaqlıqlarda, gündəlik qida qəbulunda da yolverilməzliyi sərt şəkildə pislənilir.

 

Bir məsələni bütün ciddiyyəti ilə diqqətə çatdırmaq istəyirik. Yas mərasimlərində israfçılığın qarşısının alınması istiqamətində görülən işlərlə bağlıyuxarıdanheç bir əmr, göstəriş verilməmiş, qanun qəbul edilməmişdir. Bu, Dini Qurumlarla İş üz Dövlət Komitəsinin öz təşəbbüsüdür. Mübariz Qurbanlı komitənin sədri kimi xalqın israfçılığa etirazlarını əsas götürərək bu yaxınlarda vəfat etmiş qardaşının hüzründə  sadə ehsan süfrəsi açmaqla nümunə göstərmişdir. Cənab sədrin bu addımı ictimaiyyət arasında olduqca müsbət qarşılanmış cəmiyyət yas mərasimlərinin sadələşdirilməsinin açıq birmənalı şəkildə tərəfdarı olduğunu bəyan etmişdir.

 

Hamıya aydındır ki, yas mərasimlərindəki israfçılıq əksər hallarda mərasim sahiblərini çıxılmaz vəziyyətə salır. Təmtəraqlı ehsan süfrələrindən sonra hüzr sahibləri bəzən aylarla rəhmətlik üçün xərclənən pulun borcunu ödəyə bilmirlər.

 

Əslində bu tip yas mərasimlərinin İslama aidiyyəti yoxdur. Belə ki, Həzrət Məhəmməd (s) yaxınlarına cəmi üç gün yas saxlamış Peyğəmbərimiz (s) istər yas, istərsə toy mərasimlərində təmtəraqdan çox-çox uzaq olmuşdur.

 

Hələ məzarlıqlarda ucaldılmış minlərlə manata başa gələn başdaşlarına gəlincə, qeyd etmək yerinə düşər ki, İslamda bu heç xoş qarşılanmır. Qəbirin necə olması hansı məqsədlə ziyarət edilməsi Peyğəmbərimizin (s) hədisləri ilə müəyyən edilmişdir. Belə ki, Rəsulullah (s) hətta İslamın gəldiyi ilk illərdə cahiliyyə dövrünün qalığı olan insanların ölüləri ilə öyünmələrini qəbirlərlə bağlı olan ifratçılığa  son qoymaq məqsədi ilə hətta qəbir ziyarətini belə qadağan etmişdi. Sonradan insanın ölümü xatırlaması ibrət alması üçün bu qadağanı götürmüş qəbir ziyarətini tövsiyə etmişdir. Qəbirlərin qəbir olduğunun asanca fərq edilməsi üzərinə oturulmaması üçün yerdən bir miqdar yüksəldilməsinə müəyyən ölçüdə icazə verilmişdir. Ümumiyyətlə, İslam alimlərinin əksəriyyəti məzarın diqqət cəlbedici hala gətirilməsini bəyənməmişlər.

 

Müsəlman qəbiristanlığı dəbdəbə təntənədən uzaq, sadəliyi ilə nümunə olmalı ən əsası bərabərlik prinsipinə riayət olunmalıdır-məsciddə namaz qılarkən möminlərin eyni cərgədə dayandığı kimi. Elə vacib buyurulmuş ibadətlərin əsas məğzi bərabərliyi təmin etməkdir.

 

Məzarın düzəldilməsində israfa əsla yol verilməməlidir.  Səfalət içində yaşayan, möhtac müsəlmanlara kömək etmək yerinə, böyük xərclərlə bəzəkli bahalı qəbirlərin ucaldılması şübhəsiz böyük israfdır.

 

Həzrət Peyğəmbər (s) oğlu İbrahim Mədinədə vəfat edən ilk mühacir olan Osman ibn Mazunun məzarının başına, qəbrin tanınması üçün sadəcə bir daş qoymuşdur. İslam alimləri məhz Peyğəmbərimizin(s) bu davranışını əsas götürərək məzara bir daş qoyula biləcəyini bu daşa yalnız ad ölüm tarixinin yazılmasının kifayət edəcəyini  bildirmişlər.

 

İslamı bəşəriyyətə öyrədən Peyğəmbərimiz (s) belə davranmışsa, bəs görəsən xeyir-şər məclislərimizə dəbdəbə təmtəraqları gətirən israfçılığa qarşı irəli sürülmüş təşəbbüslərə qarşı çıxanlar İslam dünyasının ilk müəllimi Allahın elçisi olan Həzrət Məhəmməddən (s) bəhs olunan məsələ barəsində çox bilirlər?
 





29.09.2014    çap et  çap et