525.Az

Təhsildə uğur qazanan tələbə və şagirdlərə adlı təqaüd verildi


 

Təhsildə uğur qazanan tələbə və şagirdlərə adlı təqaüd verildi<b style="color:red"></b> Təhsildə uğur qazanan tələbə və şagirdlərə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin adlı təqaüdü verilib.

Lent.az-ın Təhsil Nazirliyinə istinadən verdiyi məlumata görə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında 2013-2014-cü tədris ilində uğurlu nəticələr qazanan ali məktəb tələbələrinə və Bakı şəhərinin məktəbliləri arasında keçirilmiş fənn olimpiadasının qalibi olan şagirdlərə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin adlı təqaüdü verilib.

Bu münasibətlə keçirilən tədbirdə ATİAHİ Respublika Komitəsinin sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev bildirib ki, rəhbərlik etdiyi qurum tərəfindən gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün müxtəlif intellektual oyunlar, idman yarışları təşkil olunur, həmçinin aztəminatlı ailələrdən olan tələbələrin sosial təminatlarının yaxşılaşdırılması ilə bağlı işlər görülür.

Qeyd edilib ki, hər il Komitə tərəfindən aztəminatlı ailələrdən olan 220-dən artıq tələbə pulsuz yeməklə təmin olunur. Təkcə 2013-2014-cü tədris ilində bu işin təşkil ilə bağlı 55 min 500 manat vəsait ayrılıb.

ATİAHİ Respublika Komitəsinin adlı təqaüdü tələbələrin elmə, təhsilə marağını artırmaq məqsədi ilə 1995-ci ildə təsis edilib. İndiyədək 1700-dən artıq tələbə bu təqaüdə layiq görülüb.

Təhsil nazirinin müavini Ceyhun Bayramov təhsildə fərqlənən tələbə və şagirdləri təbrik edib, onlara uğurlar arzulayıb.

Yay imtahan sessiyasında uğurlu nəticələr qazanan və həmkarlar ittifaqı təşkilatlarının işində fəallıq göstərən 60 tələbəyə və Bakı şəhərinin məktəbliləri arasında keçirilmiş fənn olimpiadasının qalibi olan 20 şagirdə ATİAHİ Respublika Komitəsinin adlı təqaüdü təqdim olunub. 
 





30.09.2014    çap et  çap et