525.Az

Tibb Universitetində əmək haqları artırıldı


 

Tibb Universitetində əmək haqları artırıldı<b style="color:red"></b> Azərbaycan Tibb Universitetində əməkhaqları artırılıb.
 

ATU-nun mətbuat xidmətindən 525.az-a verilən xəbərə görtə, Universitetin rektoru Əhliman Əmiraslanov əməkdaşlarının əmək şəraitinin və rifahının yaxşılaşdırılması, onların sosial müdafiəsinin gücləndirilməsi üçün əməkhaqqlarının artımına dair əmr imzalayıb.
 
Rektorun əmrinə əsasən, professor-müəllim heyətinin maddi rifah halını bir qədər də yaxşılaşdırmaq, elmi-pedaqoji fəaliyyətini stimullaşdırmaq məqsədilə ATU əməkdaşlarının aylıq əmək haqqı orta hesabla 30 %-dən çox artırılıb. Əmr bu ilin oktyabr ayından qüvvəyə minir və ayrı-ayrı sahələrdə çalışan əməkdaşların hamısına şamil olunur. 
 
Qeyd edək ki, bu ilin əvvəlində də Tibb Universiteti işçilərinin aylıq vəzifə maaşlarının orta hesabla 25% yüksəldilməsi haqqında qərar verilmişdi.
 





30.09.2014    çap et  çap et