525.Az

Əhməd Davudoğlu: “Azərbaycanla Türkiyə enerji dəhlizi yaradır”


 

Əhməd Davudoğlu: “Azərbaycanla Türkiyə enerji dəhlizi yaradır”<b style="color:red"></b> “Regionda ən mühüm enerji layihələrindən biri olan Trans-Anadolu qaz boru kəməri (TANAP) Cənubi Qafqazı Balkan yarımadasının ölkələri ilə birləşdirəcək”.
 
“APA-Economics” Türkiyənin TRT telekanalına istinadən xəbər verir ki, bu barədə qonşu ölkənin baş naziri Əhməd Davudoğlu bildirib.
 
Baş nazir deyib ki, Azərbaycan və Türkiyə Cənubi Qafqazı Balkan ölkələri ilə birləşdirəcək enerji dəhlizi yaradır.
 
Ə. Davudoğlunun sözlərinə görə, Bakı-Tiflis-Ceyhan (BTC) neft boru kəməri, Bakı-Tiflis-Qars (BTQ) dəmiryolu magistralı da Azərbaycan və Türkiyənin birgə böyük əhəmiyyət kəsb edən layihələrindən biridir.
 





30.09.2014    çap et  çap et