525.Az

Qılman İlkinin 100 illik yubileyi keçiriləcək


 

Qılman İlkinin 100 illik yubileyi keçiriləcək<b style="color:red"></b>

Oktyabrın 1-də saat 19:00-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Qılman İlkinin 100 illik yubileyi keçiriləcək.
 
Mədəniyyət və Turizm Nazirliyindən Lent.az-a verilən məlumata görə, təntənəli yubileydə "Dan ulduzu" instrumental ansamblının və sevilən müğənnilərin ifasında musiqi parçaları, ədibin müxtəlif əsərləri əsasında hazırlanmış səhnəciklər və ssenari müəllifi olduğu filmlərdən fraqmentlər tamaşaçıların diqqətinə təqdim olunacaq.

Qeyd edək ki, Qılman İlkin "Qalada üsyan", "Şimal küləyi", "Hədiyyə", "Dağlı məhəlləsi", "Dəniz qapısı", "Madam Qədri" kimi kitabların müəllifidir. O, xidmətlərinə görə "Qırmızı əmək bayrağı", "İkinci dərəcəli Böyük Vətən Müharibəsi" ordenləri, iki dəfə Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı və medallarla təltif olunub. Qafqaz xalqları Ali Dini Şurasının "Paklıq" mükafatına və "Xalq yazıçısı" fəxri adına layiq görülüb.

 





30.09.2014    çap et  çap et