525.Az

Arif Hacılı özünə müavinlər təyin etdi


 

Arif Hacılı özünə müavinlər təyin etdi<b style="color:red"></b> Müsavat partiyasının başqanı Arif Hacılı bu gün özünə yeni müavinlərin təyin olunması haqda üç sərəncam imzalayıb.
 
Lent.az-ın Müsavat partiyasının mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, müvafiq sərəncamlarla Müsavat Partiyası Məclisinin üzvləri Tofiq Rəşid oğlu Yaqublu, Yadigar Sadıq oğlu Sadıqov və Fərəc Raqif oğlu Kərimov Müsavat partiyası başqanının müavini təyin ediliblər.
 
Qeyd edək ki, yeni təyin olunan hər 3 müavin həbsdədir. 
 





30.09.2014    çap et  çap et