525.Az

"Belə vətəndaşlıq olmaz!"


 

"Belə vətəndaşlıq olmaz!"<b style="color:red"></b>

"Belə vətəndaşlıq olmaz!"

 

Özlərini hüquq müdafiəçisi, araşdırmaçı kimi təqdim edən bəzi şəxslər mənsub olduğu xalqın milli maraqlarına zidd olaraq müxtəlif xarici qüvvələrin maddi dəstəyinə arxalanıb dövlətinə qarşı kampaniyalar aparırlar. Aldıqları vəsaitlər həmin şəxslər gözlərini o qədər örtüb ki, xarici havadarlarının məkrli tapşırıqlarını icra edərkən hansı yollara əl atdıqlarını unudurlar. Nəinki Azərbaycan, ümumilikdə türk millətinin ən yaralı yeri olan Dağlıq Qarabağ məsələsi belə insanların gözündə olduqca kiçildilir heçə bərabər tutulur. Əslində, belə insanlar törətdikləri əməlləri ilə özlərinin həddən ziyadə kiçildiyini, heçə çevrildiyini görmürlər.


Belə
insanlardan biri "Azadlıq" radiosunun əməkdaşı Xədicə İsmayıldır. O bir az da irəli gedərək Azərbaycana onun mənəvi dəyərlərinə, xalqın 20 ildən artıqdır ki, sağalmayan yarasına etinasız münasibət göstərib. Sentyabrın 23- Polşanın paytaxtı Varşavada ATƏT-in zirvə toplantısında fundamental azadlıqlar mövzusunda aparılan müzakirələr zamanı etdiyi hərəkət bunu bir daha sübut edir. Məlum olduğu kimi, həmin tədbirdə Demokratiya İnsan Haqları İnstitutunun (ADİHİ) rəhbəri Əhməd Şahidov özündən əvvəl çıxış edən erməni QHT rəhbərinin Dağlıq Qarabağı "müstəqil demokratik ölkə" kimi təqdim etməsinə etiraz əlaməti olaraq, çıxışını sırf Ermənistan üzərində qurub. Amma o, erməni təmsilçilərə cavab verməyə başlayarkən Xədicə İsmayıl tədbirdə iştirak edən dostları ilə birgə Əhməd Şahidovun arxasında düzülərək, arxalarını ADİHİ rəhbərinə çevirərək, bu çıxışa etiraz ediblər. Hüquq müdafiəçisi bu reaksiyaya baxmayaraq, çıxışını davam etdirib. Bu hadisə sosial mediada bir həftədir ki, ciddi müzakirə mövzusuna çevrilib. Artıq mətbuatda Xədicə İsmayılın ölkə əleyhinə apardığı kampaniyanın Norveç İnsan hüquqları evinin rəhbəri Mariya Dahle tərəfindən dəstəkləndiyi iddia olunub. Cəmiyyətin bütün təbəqələrinin təmsilçiləri Xədicənin bu hərəkətini kəskin şəkildə pisləyirlər. Ona qarşı rəğbəti olan insanların düşüncələrində bu hadisədən sonra kəskin dəyişiklik olub. Həmin insanlar artıq Xədicə İsmayıla münasibətdə yanıldıqlarını dərk edirlər.


"525"
ə açıqlama verən İnsan Hüquqları XXI Əsr Fondunun prezidenti Şahin Camalov insan hüquq azadlıqlarının qorunması sahəsində uzun illərdir ki, fəaliyyət göstərdiyini bildirib. O qeyd edib ki, hər bir azərbaycanlı öz dövlətinin problemlərini daxili mühitdə həll etməyə borcludur: "Azərbacyanla düşmən mövqedə olan, ölkəmizin inkişafını istəməyən, ümumiyyətlə xalqımızın varlığına şübhə ilə yanaşan dövlətlərin, xalqların oyununa getməməliyik. Bu sözün həqiqi mənasında dövlətə xəyanətdir. Şəxsən bir hüquq müdafiəçisi kimi bəzi hallarda müxtəlif dövlət qurumlarına iradlarımı bildirirəm. Ancaq hər hansı bir ölkədaxili problemi şişirdib beynəlxalq arenalarda dövləti ittiham etmək birmənalı olaraq xəyanət hesab olunur".


Hüquq
müdafiəçisi Ş.Camalov hesab edir ki, Leyla Yunus Xədicə İsmayıl kimi insanların Azərbaycanı gözü götürməyən, dövlətimizə qarşı müxtəlif kampaniyalar aparan şəxslərlə əməkdaşlıq etməsi yolverilməzdir: "Xədicə İsmayılın öz həvətəninin dövlətin mənafeyi baxımından əhəmiyyətli bir çıxışı zamanı ona arxasını çevirməsi ən azı etikadankənar bir addımdır. Bu nəinki hüquq müdafiəçisinə, araşdırmaçıya, eyni zamanda insanlığa yaraşmayan hərəkətdir, dövlətə vətənə xəyanətdir".


Politoloq
Qabil Hüseynli öz dövlətinə qarşı müxtəlif kampaniyalar aparan şəxslərinin hərəkətini kəskin pislədiyini bildirib onları vətənpərvər olmağa, haqq yoluna qayıtmağa dəvət edib: "Az sayda ölkənin vətəndaşı tapılar ki, xaricdə öz ölkəsinin əleyhinə fəaliyyət göstərsin. Ölkə daxilində hər hansı bir məsələyə tənqidi münasibət bildirmək olar. Ancaq öz dövlətinə xaricdə zərbə vurmaq əvəzinə, onun dünyada nüfuzunun artırılmasına, imicinin yüksəldilməsinə çalışmaq lazımdır. Xədicə İsmayılın bu hərəkəti insanlığa yaraşmayan addımdır. Belə insanlar tutduqları səhv yoldan uzaqlaşmalıdır". Politoloq əlavə edib ki, əgər ortada Dağlıq Qarabağ məsələsi varsa, hər bir azərbaycanlı aralarındakı ədavəti unutmalı, bir yumruq kimi birləşməlidir: "Biz istənilən düşmənlə mübarizə aparmaq əzmində olduğumuzu göstərməyi bacarmalıyıq. Əgər kimsə öz dövlətinə xəyanət edirsə, həmin şəxs dərhal azadlıqdan məhrum edilməlidir, belə vətəndaşlıq olmaz!".


Ceyhun
ABASOV

 





30.09.2014    çap et  çap et