525.Az

Türkiyə - Azərbaycan hərbi əməkdaşlığı yeni mərhələdə


 

Türkiyə - Azərbaycan hərbi əməkdaşlığı yeni mərhələdə<b style="color:red"></b>

Azərbaycanla Türkiyənin birgə irimiqyaslı hərbi təlimlərə start verdiyi haqqında xəbər vermişdik. Quru hava qoşunlarının iştirakı ilə keçirilən bu təlimlərdə iki ölkə arasında regionda təhlükəsizliyin təmini, sabitliyin qorunması, terrorizmlə birgə mübarizə sahəsində təcrübə mübadiləsi aparılır müasir bilik bacarıqlar öyrənilir. Türkiyə ilə birgə təlimlərin əhəmiyyətini vurğulayan mütəxəssislər strateji hərbi əməkdaşlıq sahəsində çoxdandır gözlənilən hadisənin baş tutduğunu məmnunluqla dilə gətirirlər.

Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimlərə 30 min nəfərədək şəxsi heyət, 250-dən artıq zirehli texnika, raket artilleriya qoşunlarının 150-dən çox qurğusu, Hərbi Hava Qüvvələrinin 20-dək təyyarəsi 15 helikopteri, həmçinin qruplaşmanın havadan mühafizəsi məqsədilə qoşunların hava hücumundan müdafiə bölmələri müasir hava hücumundan müdafiə kompleksləri ilə silahlanmış zenit-raket briqadaları cəlb edilib. Ehtiyatda olan 10 min zabitin Silahlı Qüvvələrin irimiqyaslı təlim toplanışına cəlb edilməsi hərbi hazırlıqların əhəmiyyətindən xəbər verir.

Türkiyə ilə Azərbaycanın birgə keçirdiyi hərbi təlimləri hərbi strateji əməkdaşlıq baxımından başlanğıc addım hesab edən Siyasi İnnovasiya Texnologiyalar Mərkəzinin sədri Mübariz Əhmədoğlu bu təlimləri çox gecikmiş hadisə saysa da, hədsiz vacib bir əməkdaşlığın ilkin mərhələsi olduğunu vurğulayıb: "Hərbi əməkdaşlıq 20 il bundan qabaq, yəni, Azərbaycan müstəqillik qazandığı dövrdən başlamalı idi. NATO-ya üzv olması ilə əlaqədar Türkiyə həmişə Azərbaycanla ciddi hərbi əməkdaşlıqdan çəkinib. Nəhayət ki, qardaş ölkənin Azərbaycanla bağlı mövqeyində çox ciddi dəyişiklik baş verdi. Prezident Rəcəb Təyyib Ərdoğan Bakıda səfərdə olanda da Dağlıq Qarabağ məsələsini dilə gətirib. O, bildirib ki, NATO verdiyi vədi yerinə yetirməlidir. Eləcə NATO sammitində münaqişənin tənzimlənməsindən danışıb. O, BMT Baş Assambleyasının 69-cu iclasında çıxış zamanı da bu məsələyə toxunub".

"525"ə açıqlamasında Türkiyənin Azərbaycanla təkcə hərbi sahədə deyil, eyni zamanda ümumi siyasətində çox ciddi keyfiyyət dəyişikliyinin baş verdiyini deyən politoloq M.Əhmədoğlu təlimlərin terrozimlə mübarizəylə heç bir əlaqəsi olmadığını hesab edir. O, bildirib ki, Azərbaycan dünya miqyasında terrorizmə qarşı mübarizə aparır. Ancaq Azərbaycan bu mübarizəsində hərbi komponent kimi iştirak etmir: "Bizim terrorizmlə mübarizəyə kifayət edəcək hərbi gücümüz yoxdur. Öz siyasətimiz, imkanlarımız maliyyə vəsaitlərimiz hesabına dünya miqyasında terrorizmlə mübarizədə iştirak edirik. Bunun hər hansı bir üçüncü dövlətə qəti aidiyyatı yoxdur. Sabah bununla bağlı İran, Rusiya da müəyyən sözlər deyə bilər. Hərbi təlimlər Azərbaycanın hərbi potensialını artıraraq, torpaqlarını işğaldan azad etməsinə hesablanıb".

Politoloq qeyd edib ki, Azərbaycanın öz addımlarını qətiləşdirməsi, istər-istəməz Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə təsir edir. M.Əhmədoğlu Paris görüşünü bu danışıqlar prosesinin  çox vacib mərhələsi hesab edir: "Həmin ərəfədə Azərbaycan daha konkret genişmiqyaslı qərarlar qəbul etdi. Bu təlimlər Paris görüşünə təsirini göstərəcək".

Millət vəkili Fazil Mustafa isə qeyd edib ki, son illərdə Türkiyə ilə əməkdaşlıq sahəsində bəlkə ən böyük uğur bu hərbi təlimlərin keçirilməsidir. O, bildirib ki, hərbi təlimlərin ciddi siyasi əhəmiyyəti var: "Bir NATO ölkəsi olaraq, Türkiyənin Azərbaycana necə həssas yanaşması, Azərbaycanın da Türkiyə ilə yaxınlığının dərin təməllərə söykəndiyini göstərməsi hər iki ölkə üçün zəruridir. Mən təklif etmişdim ki, hər ilin 24 aprel - yalançı soyqırım tarixi ərəfəsində bu təlimləri müntəzəm keçirməliyik ki, Ermənistan lazımi mesaj ala bilsin".

Qeyd edək ki, sentyabrın 20-i başa çatması nəzərdə tutulan təlimlər oktyabrın 3-dək uzadılıb. Eyni zamanda, hərbi təlimlərin qarşılıqlı olaraq Azərbaycanda da keçirilməsi planlaşdırılıb. Bu isə o deməkdir ki, xüsusilə terror hərəkatının daha da vüsət aldığı bir dövrdə region onun təhlükəsizliyi təmin olunması hərbi təlimlərin keçirilməsini, eləcə hərbçilərin peşəkarlığının artırılmasını tələb edir. Bu təlimlər Azərbaycan Türkiyə silahlı qüvvələrinin tarixdə ən genişmiqyaslı olmaqla bərabər, həm ən uzunmüddətli davam edən hərbi hazırlıqdır. İki qardaş ölkənin bu hərbi təlimləri Ermənistanı narahat etməyə bilməz.

Ceyhun ABASOV

 





30.09.2014    çap et  çap et