525.Az

Qənirə Paşayeva: "Bu nə qəddarlıqdı?.."


 

Qənirə Paşayeva: "Bu nə qəddarlıqdı?.."<b style="color:red"></b>

“Bu gün çox ağır bir gündür, bir az əvvəl öz xanımı və qızını baltalayaraq öldürən atadan, bir ailə faciəsi barədə fikirlərimi yazıb qurtarmamışdım ki, ikinci xəbərin şokunu yaşayıram”.
 
525.az-ın məlumatına görə, bunu öz “Facebook” səhifəsində və mətbuata açıqlamasında millət vəkili Qənirə Paşayeva qeyd edib. Onun qeyd etdiyinə görə, Sumqayıtda 40 yaşlı Rövşən Məmmədov ailə münaqişəsi zəminində həyat yoldaşı, 37 yaşlı Nigar Məmmədovanı çoxsaylı bıçaq zərbələri vuraraq qətlə yetirib, üstəlik hadisəni törədəndən sonra qaçıb.

“Bu, nə qəddarlıqdı?.. Cəmiyyətdə getdikcə qəddarlıq hisslərinin daha da artması hamımızı doğurdan da ciddi narahat etməlidir və addımlar atmalıyıq”-deyə, qeyd edən millət vəkili yazır ki, çünki baş verən bu dəhşətli hadisələr təkcə həmin ailələrin deyil, cəmiyyətimizin də faciəsidir:
 
“Səbəblər ciddi təhlil olunmalıdır və cəmiyyətdə artan qəddarlıq duyğularına qarşı mübarizə istiqamətində ciddi addımlar atmalıyıq. Hamımız.. Cəmiyyət olaraq... Hər iki hadisədə qurbanlar qadınlardır ki, bu da üzərində ciddi düşünməli olduğumuz məsələdir. Məişət daxili zorakılıqla mübarizədə səylər daha da güclənməlidir... Qadınlara qarşı zorakılıq istiqamətində səyləri daha da gücləndirməliyik... Artıq yetər! Mən bir qadın olaraq artıq yetər deyirəm. Hər gün ya məişət zorakılığının qurbanı olan qadın ya təcavüzə məruz qalan qadın, ya fahişəliyə cəlb olunan qadın, ya əməyi istismar olunan qadınlar haqqında xəbərlərdən hər kəs artıq ciddi narahat olmalıdır... Sakitcə baxmamalıdır... Heç kəs... Heç birimiz... Ey, cənnətin anaların ayaqları altında olduğuna inanan və hər yerdə bunu fəxrlə söyləyən toplum! Gəlin, bizə nə olub? deyə ciddi düşünək və bu kimi hallara qarşı həm səsimizi ücaldaq, həm də əməllərimizlə, işlərimizlə mübarizə aparaq... Elə bu saatdan... Yeni ailə, qadın faciələri haqqında xəbərləri oxumağımızı gözləmədən... Dəhşətlidir... İnsan dəhşətə gəlir... Bir ata öz qızını, xanımını necə baltalayıb öldürə bilər?.. İlahi belə də qəddarlıq olarmı?.. Sevinc gənc jurnalist idi, bütün həyatı qabaqda idi. Amma o öz atasının qurbanı oldu. Özü də vəhşicəsinə anası ilə birlikdə baltalanaraq... Bu nə qəddarlıqdı?.. Ən dəhşətlisi odur ki, getdikcə cəmiyyətdə qəddarlıq daha da artıq. İnsanların bir çoxu sanki biri-birinin canına, qanına susayıb...”

Millət vəkili daha sonra qeyd edib ki, baş verən təkcə bir ailənin faciəsi deyil, onun fikrincə,bu, cəmiyyətimizi ciddi narahat etməli olan və düşündürən bir hadisədir:

“Səbəblər ciddi təhlil olunmalıdır və biz nə baş verdiyini bilməliyik. Ümumiyyətlə, isə cəmiyyətdə artan qəddarlıq duyğularına qarşı mübarizə istiqamətində nələr etməliyik hamımız bu barədə düşünməliyik...Hamımız və addımlar atmalıyıq.. Yoxsa bu kimi faciələri tez tez eşitdikcə, şahidi olduqca heç özünü xoşbəxt, rahat hiss etməyəcək, əhval-ruhiyyəsi normal olmayacaq, özünü pis hiss edəcək. Bu xəbərdən sonra sizcə, kimsə bu gün özünü xoşbəxt, rahat hiss edəcəkmi, əhval-ruhiyyəsi normal olacaqmı? Xeyr! Olmayacaq! Məncə, bütün cəmiyyət olaraq biz hamımız bu istiqamətdə düşünməli və ciddi addımlar atmalıyıq. Sevincə, Allah rəhmət etsin. Azərbaycan jurnalistikası onunla gələcəyin istedadlı bir jurnalistini, cəmiyyət övladını, bir ailəni itirdi... Biz hamımız itirdik...”

Kamil Həmzəoğlu

 





12.11.2012    çap et  çap et