525.Az

Yanukoviçə yeni cinayət işi açılıb


 

Yanukoviçə yeni cinayət işi açılıb<b style="color:red"></b>

Ukraynanın dördüncü prezidenti Viktor Yanukoviçə qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə yeni cinayət işi başlanıb.

“Media forum” saytı xəbər verir ki, belə bir cinayət işinin başlandığını sentyabrın 30-da Ukrayna Baş Prokurorluğu bəyan edib.

2014-cü il fevralın 22-də parlament Yanukoviçi prezident postundan uzaqlaşdırıb və o, ölkəni tərk edərək Rusiyaya sığınıb. Bundan sonra Yanukoviçə qarşı cinayət işi qaldırılıb və onun bank hesabları bağlanıb.

 





30.09.2014    çap et  çap et