525.Az

Avropa Azərbaycan Cəmiyyətindən daha bir diqqətçəkən addım


 

Avropa Azərbaycan Cəmiyyətindən daha bir diqqətçəkən addım<b style="color:red"></b> Dünən Avropa Şurasının binasında Avropa-Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı və Azərbaycanın Avropa Şurası yanındakı daimi nümayəndəliyinin dəstəyi ilə «Azərbaycan fotoların gözü ilə» adlı fotosərgi təşkil olunub.
 

525.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, sərginin açılışında çıxış edən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etdiyi dövrdə belə bir sərginin açılmasını mühüm əhəmiyyət daşıdığını bildirib.
 
«Sərgidə Azərbaycanın  müxtəlif mənzərələri, binaları, insanları yüksək peşəkarlığa malik fotoqraflar tərəfindən təsvir olunub. Ona görə ki, bu fotolarda Azərbaycan reallığı öz əksini tapıb. Təəssüflər olsun ki, AŞ-da bəzən xüsusi məqsədlərlə  ölkəmizi real olmayan tərəfdən göstərməyə çalışırlar. Amma ölkəmizlə bağlı reallıqları əks etdirən  bu sərgi, bu həqiqət heç  cür gizlədilə bilməz. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri və qurumun vitse-prezidenti kimi  Azərbaycanla Avropa arasında daha sıx  əlaqələrin qurulmasında  xüsusi fəaliyyət göstərən Avropa-Azərbaycan Cəmiyyətinə belə bir sərgini təşkil etdiyinə görə təşəkkürümü bildirirəm. Məhz bu cəmiyyətin təşəbbüsü sayəsində bu gün belə bir sərgi AŞ-da təşkil olunub. Əminəm ki, bu sərginin nəticəsi əsasında biz Avropa Şurası ilə  bir-birimizi daha yaxşı başa düşməyə başlayacağıq. Bu çox mühümdür və bu daha çox bizə yox, AŞ-na lazımdır ki, Azərbaycanı daha yaxından tanısın”.
 
Avropa-Azərbaycan Cəmiyyətinin direktoru Lionel Zetter isə öz çıxışında  Avropanın 47 ölkəsini öz ətrafında birləşdirən AŞ-da belə bir sərginin təşkil olunmasından, Azərbaycanın Nazirlər Komitəsinə  sədrliyi və AŞPA-nın payız sessiyası dövrünə təsadüf etməsindən   məmnun olduğunu söyləyib.
 
Direktor Avropa-Azərbaycan Cəmiyyətinin ölkəmizin tarixini, zəngin mədəni irsini avropalılara daha yaxından tanıtmaq məqsədilə müxtəlif tədbirlər keçirdiyini, nüfuzlu qurumun  mənzil iqamətgahında belə bir sərginin təşkilinin də həmin tədbirlərin davamı olduğunu bildirdi.
 
L. Zetter cəmiyyətin Avropanın altı ölkəsində ofisinin fəaliyyət göstərdiyini və sərgidə Azərbaycanın müxtəlif tərəflərini əks etdirən 85 foto əsərinin nümayiş olunduğunu, bu fotolar arasında Kəlbəcərdən olan məcburi köçkünlərin təsvir olunduğu fotonun xüsusi maraq doğurduğunu qeyd edib.
 





01.10.2014    çap et  çap et