525.Az

“Ali məktəb dövlət sifarişli yerlər üzrə təhsil alanların sayının çox olmasında maraqlı olmalıdır”


 

“Ali məktəb dövlət sifarişli yerlər üzrə təhsil alanların sayının çox olmasında maraqlı olmalıdır”<b style="color:red"></b> Dövlət sifarişli yerlər üzrə tələbə qəbuluna başladıqda bunun ali məkltəblərdə daha sağlam rəqabət mühitinin yaradacağını və dövlət sifarişli yerlər üzrə daha cox tələbə qəbulu aparan məktəbin işinin yaxşı olacağını hesab ediblər.

525.az-ın məlumatına görə, bunu jurnalistlərə təhsil naziri Misir Mərdanov deyb. Nazir bildirib ki, bütövlükdə bu istiqamətdə müsbət işlər gedib. Ancaq hələ gözlənilən nəticə əldə olunmayıb.
Nazir əlavə edib ki, bu gün ali məktəblərin büdcələrinin iki əsas mənbəyi var. Onlardan biri ödənişli əsaslarla təhsil alan tələbələrin ödədiyi təhsil haqqı, digəri isə dövlət sifarişli yerlər üzrə təhsil alanlar üçün dövlətin ali məktəblərə verdiyi maliyyə vəsaitidir.

M.Mərdanov hesab edir ki, eyni ixtisas üzrə dövlət sifarişli yerlərdə təhsil alanlar üçün dövlətin ali məktəblərə verdiyi maliyyə vəsait ödənişli yerlər üzrə təhsil alan şəxsin ödədiyi vəsaitdən kifayət qədər yüksək olmasa, bu addımın ciddi əhəmiyyəti olmayacaq:
 
“Ali məktəb dövlət sifarişli yerlər üzrə təhsil alanların sayının çox olmasında maraqlı olmalıdır. Bu maraq da o zaman ola bilər ki, dövlət sifarişli yerlər üzrə təhsil alanlar üçün dövlətin ali məktəblərə verdiyi maliyyə vəsait ödənişli yerlər üzrə təhsil haqqının məbləğindən yüksək olsun. Hələlik bu istiqamətdə işlər aparılır. Ola bilər ki, gələcəkdə bu işin gedişində bəzi ali məktəblər üçün ciddi problemlər yaransın. Ona görə də ali məkltəblərin rektorları, Elmi şuraları bu məsələni ciddi müzakirə etməlidir".

S.QARAYEVA
 





12.11.2012    çap et  çap et