525.Az

“Leyla Yunusa təzyiq edilməsi barədə məlumatlar uydurmadır”


 

“Leyla Yunusa təzyiq edilməsi barədə məlumatlar uydurmadır”<b style="color:red"></b> “İstintaqın ilk günündən Leyla Yunusun öz istədiyi vəkil təyin olunub və həmin vəkil istədiyi vaxt onunla görüşür. Cinayət Prosessual Məcəllənin tələblərinə uyğun olaraq onların hüquq və azadlıqları təmin edilir”.
 
APA-nın məlumatına görə, bu sözləri baş prokuror Zakir Qaralov bəzi beynəlxalq təşkilatların etirazlarına münasibət bildirərkən deyib. O, L. Yunusun cinayət işi ilə bağlı mətbuata vaxtaşırı məlumatlar verildiyini söyləyib:
 
“Bu günlərdə mətbuatda Leyla Yunusa təzyiq edilməsi barədə məlumatlar yayılıb. Bu, uydurmadır. Dərhal ekspertiza keçirilib və həmin məlumat öz təsdiqini tapmayıb. Onun cinayət işi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək” . 
 





01.10.2014    çap et  çap et