525.Az

Nazirlikdən qaçırılan qızla bağlı açıqlama


 

Nazirlikdən qaçırılan qızla bağlı açıqlama<b style="color:red"></b> Daxili İşlər Nazirliyi Sumqayıtda baş vermiş dəhşətli hadisə ilə bağlı məlumat yayıb.

525.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, 1-ci mikrorayonda şəhər sakini Mansur Yaqubov evlənmək məqsədi ilə Saray qəsəbə sakini Lalə Xanıyevanı idarə etdiyi “Mercedes” markalı avtomobillə qaçırıb. M. Yaqubov qaçırdığı qızı Bakı-Quba yolunun 40-cı kilometrliyinə aparıb və aralarında baş vermiş münaqişə zəminində avtomobildə özünün və Lalənin üzərinə benzin tökərək yandırıb.

M.Yaqubov hadisə yerində ölüb, L.Xanıyeva xəstəxanaya yerləşdirilib.
 
Faktla bağlı araşdırma aparılır.
 





01.10.2014    çap et  çap et