525.Az

Sabah hava necə olacaq?


 

Sabah hava necə olacaq?<b style="color:red"></b> Oktyabrın 2-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, gün ərzində havanın tutulacağı, axşama doğru bəzi yerlərdə yağış yağacağı ehtimal olunur.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, şimal-qərb küləyinin gün ərzində güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 15-17, günün birinci yarısında 20-23, axşama doğru 15-17 dərəcə isti olacaq.
 
Atmosfer təzyiqi 762 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.
 
Azərbaycanın rayonlarında oktyabrın 2-də bəzi yerlərdə yağış yağacağı ehtimal olunur. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Bəzi rayonlarda qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 10-15, gündüz 18-23, dağlarda gecə 2-7, gündüz 7-12 dərəcə isti olacaq.
 





01.10.2014    çap et  çap et