525.Az

Qürbətdə Azərbaycan davası, yaxud həqiqət və yalnız həqiqət


 

MƏHƏMMƏD ƏMİN RƏSULZADƏNİN 130 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNUR

Qürbətdə Azərbaycan davası, yaxud həqiqət və yalnız həqiqət<b style="color:red"></b>

Keçən ilin, 2013- ilin noyabr ayının 22- Azərbaycan respublikasının prezidenti İlham Əliyev cənabları M.Ə.Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzaladı. Orada deyilirdi:

2014- ilin yanvar ayında Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 130 illiyi tamam olur.

Xalqımızın müstəqillik idealının gerçəkləşdirilməsində, Azərbaycanın tarixi dövlətçilik ənənələri zəminində milli dövlət quruluşunun dirçəldilməsində, milli İstiqlal ideyalarının geniş yayılmasında böyük xidmətlər göstərmiş siyasi publisistikası ilə ədəbi-ictimai fikir tariximizə layiqli töhfələr vermiş görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsini təmin etmək məqsədilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət Turizm Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Təhsil Nazirliyi digər aidiyyati qurumlarla birlikdə Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin ("Azərbaycan" qəzeti, 23 noyabr 2013- il).

Yubileylə bağlı xeyli işlər görüldü, əsərləri nəşr edildi. Araşdırmalar bir daha təsdiqlədi ki, görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin zəngin irsi dərindən öyrənməli, onun Azərbaycan dövlətçiliyi tarixindəki, milli istiqlal ideyalarının geniş yayılmasındakı xidmətlərini yenidən əsaslı şəkildə davam etdirilməlidir. Bu sırada Məhəmməd Əmin Rəsulzadənin mühacirət dövrü ictimai-siyasi fəaliyyəti ədəbi-tənqidi əsərləri xüsusi maraq doğurur.

Məhəmməd Əmin Rəsulzadənin bir müddət İranda yaşayıb orada "İrani-nov" qəzetini nəşr etdirdiyi dövrü nəzərə almasaq, Moskva şəhərində Şərq xalqları İnstitutunda çalışması burada mühazirələr oxumasından sonra gizli surətdə Finlandiyaya getməsi ilə onun mühacirət həyatı başlayır. "Stalinlə ixtilal xatirələri" əsərində bu məsələyə aydınlıq gətirən müəllif göstərir ki, onun xaricə getməsinin başlıca səbəbi kommust rejiminə müxalif olması kommunizm xülyasının Azərbaycan azadlığına kölgə salması ilə bağlıdır. Həyatının mühacirət illərində Polşa, Almaniya, Fransa, Türkiyə kimi ölkələrdə nəşr olunan qəzet jurnallarda silsilə məqalələr, monoqrafiyalar yazan, ictimai-siyasi tədbirlərdə fəal iştirak edən M.Ə.Rəsulzadənin əsas qayəsi "hürr demokrat Azərbaycanın" qurulması idi. İstər Azərbaycanda, istərsə mühacirətdə bu amala özünü həsr edən M.Ə.Rəsulzadənin nəinki ədəbi-bədii, elmi-nəzəri publisistik yaradıcılığı, həm təsis etdiyi mətbuat orqanları təşkilatların (o cümlədən Azərbaycan Kültür Dərnəyi onun orqanı olan "Azərbaycan" jurnalı) işi, ideya istiqaməti, habelə onun əməl məfkurə dostlarının, davamçılarının tarixi xidmətləri bunu təsdiqləməkdədir. Mühacirətdə "Azərbaycan davasına" rəhbərlik edən M.Ə.Rəsulzadənin bu savaşında ən çox istinad etdiyi, güc qüvvət aldığı sahə ədəbiyyat mətbuat idi.

Bu səbəbdəndir ki, M.Ə.Rəsulzadənin mühacirətdə yazdığı hər bir əsər "nöqtə vergülünədək" yoxlanılır, fikirləri təftiş edilirdi. Polşada yaşayarkən yazdığı nəşr etdirdiyi "Azərbaycan" adlı kitabının Türkiyəyə gətirilməsi yayılmasına M.K.Atatürk tərəfindən qadağa qoyulması deyilənlərə sübutdur. Orada deyilirdi: "Mehmet Emin Resulzade tarafından Lehce yazılmış "Azerbaycan" adlı kitabın zararlı yazıları taşıdığı anlaşıldığından memlekete sokulmasının ve satılmasının yasak edilmesi, Dahiliye Vekilliginin İO/İO/938 tarih ve 4339/33/F/İ sayılı teklifi üzerine Metbuat kanununun maddel, 51-inci maddələrinə tevfikən İcra Vekilleri Hayetince 17/İO/938 tarihinde onanmışdır". Reiscumhur. 22 oktyabr 1938-ci il, Ankara (İz istorii Azerbaydjanskoy emiqratsii" Moskva, "Mısl", 2011, s.291).

Bu sətirləri oxuyanda kimlərsə narahat ola bilər. Amma edək ki, bu da bir tale həqiqəti tarixi sənəddir...

Azərbaycanın müstəqilliyi uğrunda mübarizənin siyasi lideri ideoloqu kimi tanınan M.Ə.Rəsulzadənin elmi-nəzəri yaradıcılığı onun mühağirətindəki fəaliyyətinin elə ilk illərindən diqqət mərkəzində olub yaşadığı ölkələrin "gizli servisi" tərəfindən izlənib. Çar Rusiyası vaxtında "İnsanlara hurriyyət, millətlərə istiqlal" şüarı ilə monarxist rejimin "xalqlar həbsxanası"ndan (V.İ.Lenin) qurtuluş uğrunda mübarizə aparan M.Ə.Rəsulzadə bir müddət İranda mühacir həyatı yaşadıqdan sonra vətəninə qayıtdı, AXC-nin bolşeviklər tərəfindən repressiyasından sonra yenidən mühacir həyatı yaşamağa başladı. Lakin bu dəfə son nəfəsinədək. Ömrünü siyasi mübarizə dalğalarında yaşayan M.Ə.Rəsulzadə bu dəfə daha qüvvətli tərəf-müqabillə döyüşür, SSRİ (Sovet Sosialist Respublikaları İttifaqının) xəfiyyə orqanları tərəfindən izlənsə , onun süqutuna inanır, "Bir kərə yüksələn bayraq bir daha enməz!" şüarını təkrarlamaqda davam edir, doğma vətəni Azərbaycanın yenidən müstəqilliyə qovuşması üçün əlindən gələni əsirgəmir, bunun üçün mümkün olan hər bir varianta əl atırdı. Yenə həmin səbəbdəndir ki, Moskvanın "gizli xidmət" əməkdaşları onun fəaliyyətini daima araşdırır, öz mərkəzi dairələrinə müxtəlif arayışlar vasitəsi ilə xəbər çatdırırdılar. Bu II Dünya Müharibəsi illərində daha da intensivləşirdi. Həmin arayışlardan birini professor Şirməmməd Hüseynov elmi ictimaiyyətə çatdırıb ona yenidən diqqət yetirmək məqsədəuyğundur. Orada deyilir:

"Tam məxfi

Rəsul Zadə Məmməd Əmin haqqında

A R A Y I Ş 

Rəsul Zadə Məmməd Əmin, 1884- ildə doğulub, azərbaycanlıdır, peşəcə jurnalistdir, antisovet millətçi "Müsavat" təşkilatının lideri ideoloqudur. Azərbaycan sovetləşdikdən sonra xaricə mühacirət edib.

Rəsul Zadənin mühacirətdə apardığı başçılıq etdiyi antisovet işi Azərbaycanda sovet hakimiyyətinin devrilməsinə kapitalizmin bərpasına yönəlmişdir. Bu məqsədlə Rəsul Zadə Müsavatın gizli fəaliyyətini təşkil etmək, casusluqla məşğul olmaq, üsyançılıq hərəkatı yaratmaq təxribatlar törətmək üçün müntəzəm olaraq SSRİ- emissarlar göndərmişdir.

Xaricdə yaşadığı ilk gündən Rəsul Zadə xarici ölkələrin (Polşa, Yaponiya Türkiyənin) kəşfiyyat idarələri ilə əlaqəyə girmiş, bütövlükdə onların himayəsinə keçmiş, SSRİ- qarşı düşmənlik fəaliyyəti ilə bağlı onların bütün tapşırıqlarını yerinə yetirməyə başlamış beləliklə həmin kəşfiyyat idarələrinin agentinə çevrilmişdir.

1942-ci ilin mayında Qafqaz mühacirət nümayəndələrinin qurultayında iştirak etmək üçün almanlar Rəsul Zadəni Berlinə çağırmışlar; bundan sonra o, ROZENBERQİN yaratmış olduğu "Azərbaycan Milli Komitəsi" başçılıq etmişdir. Almaniya ordusu komandanlığının tapşırığı ilə Rəsul Zadə azərbaycanlı əsirlərdən ibarət "Milli legionerlər" deyilən qurum yaratmaq yönündə geniş fəaliyyət göstərmişdir. Ona Qızıl Ordunun arxa cəbhəsinə göndərmək üçün casuslar təxribatçılar hazırlanması ilə bağlı tədbirlərin keçirilməsində Almaniya kəşfiyyatına kömək yardım elmək tapşırığı da verilmişdi.

1943- ilin sonunda guya səmərəsiz işinə görə almanlar Rəsul Zadəni  "Azərbaycan  Milli  Komitəsi"nin  rəhbərliyindən  kənarlaşdırmışlar. Bundan sonra o, Buxarestə qayıtmışdır indi orda yaşamaqdadır; Türkiyənin Rumıniyadakı səfiri vasitəsilə Türkiyə hökumətindən pul müavinəti alır.

SSRİ XDTK idarəsinin rəisi (Pavel Fitin)

17 iyul 1944- il

(Rusiya Dövlət Arxivi, Sosial-siyasi tarix, fond 82 (Molotov fondu), siy.2, 10-20, səh.142-143. Əlavə bax:M.Ə.Rəsulzadə. Əsərləri (1918-aprel 1920), V cild, Bakı, "Qanun" nəşr., 2014. S.473-474).

Nəhayət zaman M.Ə.Rəsulzadənin inamında doğru olduğunu təsdiqlədi, SSRİ-nin qurulması ilə mühacirətə getməyə məcbur olan digər çar Rusiyası vətəndaşları kimi azərbaycanlılar da "qırmızı Sovet imperatorluğu"nun süqutunu gördülər öz müstəqilliklərinə qovuşdular.

 (Ardı var)

 





01.10.2014    çap et  çap et