525.Az

Təhsil Nazirliyi Müəllimlər günü ilə bağlı xəbərdarlıq etdi


 

Təhsil Nazirliyi Müəllimlər günü ilə bağlı xəbərdarlıq etdi<b style="color:red"></b>

Təhsil Nazirliyi 5 oktyabr Müəllimlər günü ilə bağlı xəbərdarlıq edib.

Modern.az saytı xəbər verir ki, bununla bağlı Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov çıxış edib.

“Müəllimlər günü ilə bağlı müxtəlif məktəblərdə pul yığılmasına dair məlumatlar dolaşır. Təhsil Nazirliyinin mövqeyi belədir ki, bununla bağlı anonim olmadan (adı ilə müraciət etməyi biz öyrənməliyik) bizim 146 saylı “qaynar xətt”imizə məlumat verərsə və fakt araşdırma zamanı təsdiqini taparsa, həmin müəllim və ya məktəb direktoru dərhal vəzifəsindən azad olunacaq”.

 





02.10.2014    çap et  çap et