525.Az

Günah məndədir ki...


 

Günah məndədir ki...<b style="color:red"></b>

Sən məni heç vaxt sevməmisən! Bəli, sevməmisən! Sevişmək xoşuna gəlib sadəcə. Səni sevən birinin öpüb-oxşamasından həzz almısan.  Sevməmisən heç ...  İndi baxıram, yazdığın mesajlarda belə  bir əminsizlik  var. Məndə isə təmkin olub həmişə bunun hesabına  sənə zamanımı xərcləmişəm. xərclənən tək o olmayıb... Ürəyimi zəbt etdin, ruhuma işlədin,  qoxun nəfəsimdən gəldi heç vaxt sevmədin məni! Bunu indi anlayıram, daha yaxşı başa düşürəm ki, eşqin gözü kordur... Hələ bəbəklərində məhəbbət görürəm. Bilirəm, bu mənə elə gəlir. Elə, belə gəlir... 


Ağırdır
bunu dərk etmək, o qədər ağırdır ki, daşıya bilmirəm...  Zəlzələdən sonrakı dağıntıların altında həyatdan əlini üzmüş bədən kimi hiss edirəm özümü... Cənnətindən qovulmuş Adəm kimi... Acı həqiqətdir bu: sevməmisən məni !


Günah
  məndədir ki, bütün var-dövlətimi bir gəmiyə yükləmişəm. Günah məndədir ki, yalan nədir, riya nədir bilməmişəm sənə deməyə. Günah məndədir ki, sevmədiyini, məni sevmədiyini bu günə kimi sezməmişəm... Amma sevmək günah deyil axı. Yaxşı eləyib sevmişəm. Yaxşı eləyib güvənmişəm, inanmışam. Sevmişəm ay insan sevmişəm. Bütün mənliyimlə, mənəviyyatımla...


-
Niyə titrəyirsən?

- Soyuqdu...

- Bəs mən niyə üşümürəm?

- Mənim əynim daha nazikdir ona görə.


Halbuki
, sənə olan həyəcanım idi o titrəmə... İlk dəfə idi ki,  ruhumun dodaqlarına toxunurdum  indi  anlayıram sənin ondakı hərəkətsizliyini...  Həzzə təslim etmişdin özünü ,sadəcə bu!


Sevən
insan həssas olur.  Dünyaya onun gözlərindən baxır. Sevən insan həmişə narahatdır, ta ki yanında olana qədər sevdiyinin. Sevən insan qısqanır.  Daşa, suya torpağa belə... Sevən insan güvənir sevdiyin atdığı daşa, ovcundakı suya, gözlərinə üflədiyi torpağa belə. Sevən sarılıb. Yaxınında olanda cisminə, uzağında olanda isminə sevdiyinin... Sevən insan qarşılıq gözləmədən fəda olandır... Bir bunların əksini düşün, yəni özün haqqında.


-
Bir az da yanımda qalsan.

- Getməliyəm.

- Geciksən?

- Mümkün deyil.

- Mümkün olan nədir ?

- Getmək!

- Gecikməyi bacarmırsansa, heç olmasa tələsməyi yadırğa.


Çox
vaxt cümlələrim havada qalırdı,  halbuki qulağına pıçıldamaq istəmişəm həmişə...


...
bəzən elə yorğun düşərsən ki, yatağına əslində o andan etibarən dincəldiyinin fərqinə varmazsan. Gözünü açanda isə neçə saat keçdiyini bilməzsən. Başında qopan ağrının ağırlığından özünü qaldırmağa güc tapmazsan. Halbuki hara atdığını belə xatırlamadığın telefonuna gələn zəngdədir o güc.  Səsini eşitmək eşqi...


Sən
məni heç sevməmisən. Sevişmək sevmək deyil, əzizim. Əziz bilməkdir, əzmli olmaqdır, əzməməkdir sevgi. Üzməmək üçün dözməkdir, məsələn, ağrılara , acılara.  Bilirsən, sevmək nədir? Uşaq var ağrıyanda səsin başına atar, daha çox qayğı görər, beləcə, uşaq da var içinə salar ağrılarını... Sadəcə gözlərindən sezmək olar onun əslində qədər narahat olduğunu.  Mən həmişə sənə qarşı o ikinci uşaq oldum.  Öncə sən, sonra mən oldum bizim üçün. Sevdim yəni... Səni sevdim, bizi sevdim bizlə bağlı hər varsa onu...


...
bacarırsansa, əzbərlə bu "Tanış aldanış"ı...

Bəzən insan özün sadəcə aldadar "sevir" deyə...

Üzünü çevir deyə neçə dəfə çağırdım adını ?!

Bəzən insan dözür, sadəcə addımlar "bilir" deyə,


Onu
nəqədər istədiyini ...

bəzən insan tükənir .

Güc nədir,

Nəfəs almağa taqəti qalmır.

Bəzən bezir insan,

Doğrulardan belə .

Bəzən sezir insan ,

Ağrılardan belə.

Dəhşətli bir hiss-

Uyuşmaq ...

Bəzən insan sadəcə soruşmaq

anlamaq istəyir

"Niyə"ləri .

..

Etirafsız eşq bilinməyəndir,

Etinasız eşq dilimləyən .

Etibarsız eşq inləyəndir,

Etirazsız eşq dinməyən.

İçindədir edamları,

Öldürdüyü adamları,

Nidaları içindədir ...

İmdadları dilində.

Quru qürur dili dəlir!

Heçin bir varlığı var,

Əlac yəqin köçündədir!

 





02.10.2014    çap et  çap et