525.Az

“Dağlıq Qarabağda hava limanının açılması regionda gərginliyin artmasına səbəb olacaq”


 

“Dağlıq Qarabağda hava limanının açılması regionda gərginliyin artmasına səbəb olacaq”<b style="color:red"></b>

“Ermənilərin Dağlıq Qarabağda hava limanı açması barədə məsələ yeni deyil və Rusiya tərəfi münaqişənin həllində iştirak edən digər vasitəçilərlə birgə bununla bağlı narahatlığını bildirib”.

APA-nın “İnterfax” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin deyib.
 
Səfirin sözlərinə görə, bu addım tərəflər arasında etimadın qurulmasına mane yaradır və regionda gərginliyə səbəb olacaq: “Bu, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə töhfə verməyəcək”.
 
V. Doroxin hər iki tərəfin diplomatik addımlar atacağına ümidvar olduğunu bildirib: “Düşünürəm ki, tərəflər hava gəmilərin vurulması barədə təhdidlərə yol verməyəcək və bu məsələni siyasətləşdirməyəcəklər”

 





12.11.2012    çap et  çap et