525.Az

"2014-cü ilin yayı bizim qitə üçün qaranlıq dövr oldu”


 

"2014-cü ilin yayı bizim qitə üçün qaranlıq dövr oldu”<b style="color:red"></b>

Xarici İşlər Nazirliyi Avropa Şurası Nazirlər Komitəsinin sədri, nazir Elmar Məmmədyarovun Avropa Şurası Parlament Assambleyasının  2 oktyabr iclasındakı çıxışının mətnini yayıb.

525.az-ın məlumatına görə, nazir Avropadakı böhrana toxunaraq deyib: “2014-cü ilin yayı bizim qitə üçün qaranlıq dövr oldu. Ötən iyul ayı bir çox dünya siyasi liderləri kimi mən də Nazirlər Komitəsinin adından Malayziya təyyarəsinin Ukraynanın şərqində vurulması ilə əlaqədar dərin hiddətimi bildirdim,

bu fəlakətin dəqiq səbəblərinin tez bir zamanda müəyyən edilməsi üçün bütün tərəfləri müstəqil araşdırma aparmağa çağırdım. Müstəqil ekspertlər ilkin nəticələrini təqdim etdilər və mən onların bu fəlakətin təfərrüatlarını tam şəkildə aydınlaşdıracaqlarına ümid edirəm. Təhqiqatı davam etdirmələri üçün onlar dərhal fəlakət zonasına təhlükəsiz və məhdudiyyətsiz çıxışla təmin edilməlidirlər.

Ukraynadakı vəziyyət Avropa Şurasının bütün qurumlarını hələ də narahat etməkdədir. Nazirlər Komitəsi Ukraynadakı vəziyyətə dair bir sıra əhəmiyyətli qərarlar qəbul edib. Bu qərarlar ilk növbədə beynəlxalq hüququn mübahisələrin dinc yolla həlli, dövlətlərin ərazi bütövlüyünə hörmətin zəruriliyi kimi bir sıra fundamental prinsiplərinin bir daha təsdiq edilməsinə yönəlib. Onlar həmçinin münaqişənin dinc yolla və davamlı həllinin zəruriliyini təşviq etmək məqsədi daşıyır. Bununla əlaqədar olaraq nazir müavinləri 2014-cü ilin sentyabr ayının 5-də Minsk şəhərində imzalanan protokolu dəstəkləyərək bütün tərəfləri orada qeyd edilən on iki prinsipə hörmət və ciddi riayət etməyə çağırıblar.

Nazirlər Komitəsi həmçinin bu böhranın həllinə nail olmaq məqsədilə siyasi dəstəyi təmin etməyi nəzərdən keçirib: xüsusilə 26 oktyabrda keçiriləcək parlament seçkisinə hazırlıq zamanı Ukraynanın dövlət qurumlarını dəstəkdən söhbət gedir. Ukraynada beynəlxalq standartlara cavab verən azad və ədalətli parlament seçkisinin keçirilməsi bu ölkənin demokratik prosesin gücləndirilməsi üçün gördüyü işlərdə və münaqişənin həllində əhəmiyyətli addım olacaq”.

 





02.10.2014    çap et  çap et