525.Az

Nazirlik xaricdə təhsil alan tələbələrlə bağlı açıqlama yayıb


 

Nazirlik xaricdə təhsil alan tələbələrlə bağlı açıqlama yayıb<b style="color:red"></b>

Təhsil Nazirliyi dövlət proqramı üzrə xaricdə təhsil alan Azərbaycan vətəndaşları ilə bağlı yeni açıqlama yayıb.

“Media forum” saytının məlumatına görə, açıqlamada deyilir ki, bu il aparıcı universitetlərin QS Reytinqinin top 10-luğunda yerləşən ali məktəblərdə təhsil almaq üçün 17 nəfər azərbaycanlı gənc dövlət proqramı təqaüdünü qazanıb:

“Tələbələrdən Fuad Hüseynov ABŞ-ın Harvard Universitetinə, Fərman Fərmanov, Məsmə Nəcəfzadə, Cahangir Məmmədov Böyük Britaniyanın Oksford Universitetinə qəbul olunublar.  

Dünya universitetlərinin QS Reytinqi üzrə ilk 20-likdə yer tutan ali məktəblərdə isə 58 azərbaycanlı təqaüdçü oxuyacaq. Top 30-dakı universitetlərdə dövlət proqramını qazanmış gənclərimizin sayı isə 110 nəfərdir.

Hazırda dövlət proqramı üzrə xaricdə təhsil almaq üçün sənədləri təsdiq olunan təqaüdçülərin sayı 494 nəfərdir. Yekun rəqəmlər yaxın günlərdə məlum olacaq. Dövlət proqramı çərçivəsində 319 nəfər magistratura, 45 nəfər doktorantura, digərləri isə bakalavriat və rezidentura üzrə xaricdə təhsil almaq hüququ qazanıb.

Bu il ilk dəfə bir ildə 9 nəfər Almaniyada kənd təsərrüfatı üzrə təhsil almaq üçün dövlət proqramı əldə edib. Avropa musiqisi üzrə 2 nəfər bakalavr səviyyəsi üzrə təhsil almaq üçün göndərilib. Almaniyada baza tibb təhsili almaq üçün 650-dən artıq bal toplayan tələbələrin sayı 4 nəfərdir. İlk dəfə nanotexnologiya üzrə 10 nəfər tələbə magistr xaricə göndəriləcək”.

 





03.10.2014    çap et  çap et