525.Az

Cəmiyyət və jurnalistika


 

Cəmiyyət və jurnalistika <b style="color:red"></b>

Azərbaycan Sovet Ensiklopediyasının 10-cu cildində cəmiyyət haqqında belə yazılıb: "Cəmiyyət geniş mənada insanların tarixən təşəkkül tapmış birgə fəaliyyət formalarının məcmusudur". Biz insanlar cəmiyyətdə yaşamaq üçün doğulmuşuq. Dünyaya gələn hər bir insan istərdi inkişaf etmiş, şəxsiyyətə öz müqəddəratını təyin etmə azadlığını verən demokratik cəmiyyətdə yaşasın. Belə cəmiyyət üçün insanlar əsrlər boyu mübarizə aparıblar. Çünki demokratik cəmiyyətdə hüquq azadlıqlara riayət olunur, insanların şəxsi toxunulmazlığı qorunur, mətbuat söz azadlığının mövcudluğu əsas şərtdir.

Normal cəmiyyətdə mətbuata normal münasibət var. Belə ki, dövlət medianın inkişafına hər cür qayğı göstərir, anlayır ki, mətbuat nöqsanların üzə çıxarılmasında, cəmiyyətin saflaşmasına xidmət edir. Bəzi jurnalistlər nöqsanları göstərərkən hakimiyyəti yersiz tənqid atəşinə tutur, sanki ondan zövq alır. Halbuki, ayrı-ayrı insanların buraxdığı səhvləri hakimiyyətin fəaliyyəti ilə bağlamaq düzgün olmaz. Fransız yazıçısı Viktor Hüqo nöqsandan "qaşıyıb qan çıxaran" jurnalistlər barədə belə deyib: "Cəmiyyəti tənqid etmək yox, çatışmazlıqlarını aradan qaldırmaq üçün çalışmaq lazımdır". Jurnalistlər buna əməl edirlərmi? Suala birmənalı cavab yoxdur. Bəzi jurnalistlər əksinə, nöqsanlardan, problemlərdən şou düzəldir, o ki var hakimiyyəti günahlandırır. Hətta, Qərb ölkələrini bizə nümunə kimi göstərirlər. Düzdür, Amerika Qərb ölkələrindən öyrəniləsi şeylər var. Amma bu o demək deyil ki, orada hər şey yerindədir. Əsla belə deyil. Dövlət mənafeyinə toxunan yazı olanda onun qarşısını almağa çalışır. Qəzetlərin yazdığına görə, ABŞ-ın özündə böyük qəzetlər, korporasiyalar, ayrı-ayrı şirkətlərin hökumətə bağlı hansısa qurumların siyasətinə tabedir.

Bu günlərdə "Washington Examiner" onlayn qəzetinin yazdığına görə, ölkənin 38 media təşkilatı mətbuata təzyiqlərin göstərilməsi, jurnalistlərin fəaliyyətinə maneələrin yaradılması ilə bağlı prezident Barak Obamaya şikayət məktubu göndəriblər. Məktubdan məlum olur ki, hökuməti tənqid edən jurnalistlərin adları "qara siyahı"ya salınır.

Bu gün kütləvi informasiya vasitələri "dördüncü hakimiyyət"ə çevrilib onların fikir formalaşdırma gücü realdır. Jurnalistika, Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun təbirincə desək, "demokratik cəmiyyətin formalaşmasında inkişafında yerinə yetirdiyi funksiyalarının mahiyyətinə, hüquqi dövlət vətəndaş cəmiyyəti arasındakı münasibətlərin təkamülündə tənzimlənməsində mühüm rol oynadığına ən nəhayət, ictimai rəyə məqsədyönlü şəkildə təsir göstərmək imkanlarına görə dördüncü hakimiyyət statusunu qazanmışdır".

Məlumdur ki, vətəndaş cəmiyyətinin əsas atributlarından biri söz mətbuat azadlığıdır. 70 il sovet hakimiyyətinin tərkibində olan Azərbaycanda mətbuat söz azadlığı istənilən səviyyədə deyildi. Birpartiyalı sistem olduğundan mətbuat yalnız həmin partiyanın qarşıya qoyduğu vəzifələri yerinə yetirməyə borclu idi.

Ölkəmizdə plüralizm, mətbuat söz azadlığı müstəqillik qazandıqdan sonra formalaşmağa başladı. Yeni yaranan mətbu orqanlar Qərbin söykəndiyi modellərə üstünlük verirdi. Yeni mətbuat dedikdə, jurnalistika sahəsində tədqiqatçı alim M.B.Şkondinin təbirincə desək, "xalqın mətbuatı, xalq üçün mətbuat, azad həqiqəti yazan, oxucuların etibarını qazanmış mətbuat başa düşülməlidir". Belə bir mətbuat Azərbaycanda senzura ləğv olandan sonra inkişaf etməyə başladı.

Təbii ki, oxucuların etibarını qazanmaq hər mətbuata nəsib olmur. Əgər mətbuat yalan yazırsa, faktlara söykənmirsə, kiməsə qara yaxırsa oxucuların qınağına tuş gəlir. Məsələn, "Filankəs ailəsini var-dövlətini Azərbaycandan çıxarır", "Nazirin oğlu adam bıçaqlayıb", "Gələn həftə həbslər gözlənilir" digər bu tipli başlıqları oxuyandan sonra fikirləşirsən, görəsən yazılanlar həqiqətdirmi? Sonra məlum olur ki, uydurmadır. Sadəcə olaraq bəzi jurnalistlər məsuliyyət hissini itirərək, ağızlarına gəldi yazıb qan qaraldırlar. Hətta, belə yazılara bəzən şərh verirlər, özü etikadan uzaq.

Bu yaxınlarda saytlardan birində gözümə bir xəbərdarlıq sataşdı. Yazılara şərh vermək istəyənlərə müraciət olunmuşdu. "Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq ifadələr işlətməməli, Azərbaycanın qanunlarına zidd çağırışlar etməməlidir. Bu cür şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcəkdir".

Belə hesab etmək olarmı ki, bu azad sözün, fərqli düşüncənin boğulmasıdır. Əsla yox! Belə düşünənlər böyük səhvə yol verirlər. Şərh yazmaq olar, lakin qəbul olunmuş qanunlara əməl etməklə.

Cəmiyyət demokratik dəyərlərə söykənirsə, mənəvi məsuliyyət üçün geniş imkanlar açır. Belə bir cəmiyyətdə jurnalistin məsuliyyəti daha çoxdur. Çünki jurnalist cəmiyyət, insanlar, tarix qarşısında sosial mənəvi məsuliyyət daşıyır. Rus alimi L.Q.Svitiç qeyd edir ki, hər bi söz minlərlə milyonlarla tirajlanaraq cəmiyyətin sağalması üçün dərman ola bilər ya qorxu, ümidsizlik, düşmənçilik yaradar, tək adamları deyil, bütün cəmiyyəti şikəst edə bilər.

XX əsrdə ABŞ-da yaranmış sosial məsuliyyət nəzəriyyəsinə görə, mətbuatdan istənilən şəxs söz deyə, fikrini açıq bildirə bilər. Mətbuata ictimaiyyətin rəyi ilə nəzarət edilir. Ən əsası kütləvi informasiya vasitələri öz üzərinə sosial məsuliyyət götürür. Təəssüf ki, jurnalist peşəsindən irəli gələn məhdudiyyətləri nəzərə almayan, bəzi jurnalistlər oxucuların gündəlik problemlərinin həlinə biganə qalırlar. Harvard Universitetinin fəlsəfə doktoru W.E.Hoskinçin rəhbərliyi ilə yaradılan komissiyanın hazırladığı məlumatda deyilir ki, mətbuata azadlıq verilməlidir, lakin bu yalnız o halda saxlanıla bilər ki, kütləvi media bütövlükdə cəmiyyət qarşısında öz məsuliyyətini başa düşsün.

Bəzən jurnalist öz məsuliyyətini dərk etmir. Azərbaycan-Ermənistan sərhəddindəki olayla bağlı mətbuatda dərc olunmuş dezinformasiyalar insanlar arasında çaşqınlıq yaratdı. Müharibə şəraitində olan ölkəmiz üçün belə məlumatların dərci yolverilməzdir. Özü anonim olan bu yazıları yoxlamaq da çətin olur. Amerika jurnalisti Yucin Qudvin yazır ki, "tez-tez jurnalistlərə ötürülən məlumatların qeyri-dəqiqliyi aşkar olur, bəzən isə onlar tamamilə yalan çıxır. Nəticədə həqiqətlə heç bir əlaqəsi olmayan qərəzli yazılar mətbuata yol tapır, belə materiallar çox vaxt anonim olur, buna görə onları yoxlamaq da çox müşkül məsələdir".

Cəmiyyətə fikir, söz, vicdan, din s. azadlıqlar üçün lazımdır? Əvvəla, belə azadlıqlar, ilk növbədə demokratik cəmiyyətə xasdır. İkincisi, ona görə lazımdır ki, vətəndaşlar siyasi həyatda səmərəli şəkildə iştirak edə bilsinlər. Onlar ölkədə baş verən hadisələrdən vaxtında məlumat ala bilmirlərsə, onunla bağlı müzakirələrdən kənarda qalırlar. Amerika Konstitusiyasının yaradıcılarından biri olan Ceyms Medisona görə, məlumatdan məhrum olan xalq məzəkə faciə doğuran hakimiyyətin astanasındadır.

Sivil cəmiyyət jurnalistikanın inkişafının qayğısına qalır, iqtidar-müxalifət mətbuatının "söz döyüşünə" hörmətlə yanaşır. Bir şərtlə ki, bir-birinə qara yaxmasınlar, nöqsanları, problemləri göstərməklə cəmiyyətə xidmət etsinlər. Di gəl həmişə belə olmur. Azərbaycan mətbuatının banisi H.Zərdabi yazırdı ki, "qəzetin borcudur işlərin yaxşı yamanlığını ayna kimi xalqa göstərsin, ta xalq nikü-bədindən xəbərdar olub, onun əlacının dalınca olsun".

Prezident Heydər Əliyev 2002-ci ildə jurnalistlərlə görüşündə Azərbaycanda müxalifət müstəqil mətbuatın olmasını demokratiyanın əlaməti kimi dəıyərləndirmişdi: "İstərdim ki, müxalifət mətbuatı tarazlı siyasət aparsın. Yəni tənqid etsin, tənqidsiz ola bilməz. Səhvlərimizi tutsun, desin, bunsuz da ola bilməz".

Azərbaycan jurnalistləri istədikləri mövzunu gündəmə gətirməkdə sərbəstdirlər. Lakin bu sərbəstlik bəzən ifrat dərəcədə olur. Buna da alışmalıyıq. Ona görə ki, azad cəmiyyətdə belə hallar tez-tez olur. Söz ifadə azadlığının verdiyi imkanları bəzi jurnalistlər düzgün qiymətləndirmir. Xüsusilə internet medianın geniş yayıldığı indiki dövrdə problemlər daha da çoxalıb. Sosial şəbəkələrdə elə ifadələrə, elə üzdəniraq yazılara, hətta biabırçı fotolara rast gəlmək mümkündür. Demək olar ki, mənəviyyat, əxlaqi dəyərlər unudulur. Halbuki, "gecənin gündüzə, qışın yaza, torpağın suya bədənin başa qədər ehtiyacı varsa, millətin mənəviyyata o qədər ehtiyacı var." ("Füyuzat" jurnalı)

Demokratik cəmiyyətdə nəşr olunan qəzetlərin bir çoxu özlərini, "müstəqil" elan edirlər. Doğrudanmı onlar müstəqildir? Əlbəttə, yox! Onların əksəriyyəti siyasi partiyaların, siyasi dairələrin əslində təbliğat vasitəsidir.

Azərbaycan Prezidenti İlham Əliyev 2005-ci ildə Azərbaycan milli mətbuatının 130 illiyinə həsr olunmuş yubiley mərasimində çıxış edərkən demişdi: "Bu gün Azərbaycanda sözün əsl mənasında, müstəqil mətbuata böyük ehtiyac var. Azərbaycanda mətbuatın müstəqilliyi cəmiyyətin sifarişidir. Mən hesab edirəm ki, mətbu orqanlar bəzi siyasi dairələrin təsirindən çıxmalıdır sözün əsl mənasında müstəqil olmalıdır".

Bəli, dövlət başçısının arzusundan doqquz il keçib. dəyişib? Vicdanla qiymət verənlər üçün çox şey dəyişib. Həm Azərbaycanın siyasi həyatında, həm mediasında irəliləyiş göz qabağındadır. Mətbuatımız bir ictimai institut olaraq qloballaşan dünyamızda həyatımızın bütün sahələrinə təsir edən təsisatlardan birinə çevrilib.

Demokratik inkişaf yolu seçmiş müstəqil Azərbaycan söz məlumat azadlığı istiqamətində müəyyən addımlar atır. Görülən məqsədyönlü tədbirlər nəticəsində respublikada nəşr olunan yüzlərlə qəzet, jurnal, elektron media, informasiya agentlikləri cəmiyyətimizin ayrılmaz tərkib hissəsi kimi fikrin siyasi plüralizmin inkişafına çevrilməkdədir.

Çoxları mənimlə razılaşar ki, media iqtisadi cəhətdən özünü təmin edə bilmir. Reklam bazarının zəifliyi onları asılı vəziyyətə salır. Müqayisə üçün deyək ki, Macarıstanın əhalisinin sayı Azərbaycanın əhalisinin sayı ilə eyni olduğu halda orada KİV-in reklam bazarı 600 milyon avrodur. Həmin puldan çap KİV-lərinə 160 milyon ayrılır. Azərbaycanda çap nəşrlərinin reklam bazarı 2 milyon təşkil edir. Fərq göz qabağındadır.

Azərbaycan dövləti KİV-ə hər cür yardım göstərir. Ölkə başçısının "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında", eləcə "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasının təsdiq edilməsi haqqında" sərəncamları dövlət-mətbuat münasibətlərinin tənzimlənməsi istiqamətində atılan addımdır. Konsepsiyaya uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vansitələrinin inkişafına Dövlət Dəstəyi Fondu yaradılıb. Fond bir sıra KİV-lərin layihələrini maliyyələşdirir, jurnalistlərin yazılarını qiymətləndirir.

Mətbuata yardım məsələsini başqa cür yozanlar da var. Əslində isə, bu kömək mətbuatın fəaliyyətini canlandırmaq üçündür. Qeyd edim ki, Qərb ölkələrində KİV-ə dövlət yardımı var. Bu yardımlar müxtəlifdir. Məsələn, beş ölkədə - Avstriya, Fransa, Hollandiya, Norveç İsveçdə qəzet bazarında rəngarəngliyi qorumaq üçün maliyyə çətinlikləri ilə üzləşən bəzi nəşrlərə yardım göstərilir.

Bir daha yada salaq ki, jurnalist peşəsi çox məsuliyyətli peşədir. Onun mürəkkəbliyi cəmiyyət qarşısında sosial mənəvi məsuliyyət daşımasındadır. Jurnalist dörd zəruri keyfiyyəti unutmamalıdır. O, səbrlə dinləməli, soyuqqanlı düşünməli, təhqirə yol verməməli, cəmiyyətə obyektiv, qərəzsiz, vicdanla xidmət etməlidir.

 





03.10.2014    çap et  çap et