525.Az

Qafqaz Müsəlmanları İdarəsi fətva verib


 

Qafqaz Müsəlmanları İdarəsi fətva verib<b style="color:red"></b>

Bu gün Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurası (QMİ) Məhərrəm ayı ilə əlaqədar fətva verib. Fətvaya əsasən, Məhərrəm ayı noyabrın 16-da başlayır. Aşura günü isə noyabrın 25-dədir.

"Aşura günü məscidlərdə, ibadət ocaqlarında ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməli, təziyə məclislərində Kərbala şəhidlərinin ruhuna xütbələr oxunmalıdır. Habelə Vətən uğrunda şəhid olanların ruhu yad edilməlidir", - fətvada deyilir.

Məhərrəm ayı Hicri-Qəməri təqvimlə İslam dininin birinci ayıdır. Bu ayın Aşura günündə İmam Hüseyn əleyhissalam və yaxınları Yəzid ibn Müaviyyənin qoşunları tərəfindən qətlə yetirilib.

"Aşura günü zəncir vurub bədənə xəsarət yetirmək yolverilməzdir, müqəddəs məkanlarda nizam-intizam pozulmamalıdır. Son illər təziyə günündə QMİ-nin təşəbbüsü ilə keçirilən qanvermə aksiyaları ən münasib təziyədarlıq nümunəsi kimi örnək olmalıdır", - fətvada deyilir.

Fətvada qeyd olunur ki, Məhərrəm ayı müqəddəs aylardan biridir.

"Ümidvarıq ki, dindarlarımız İmam Hüseynə təziyədarlıq zamanı humanist əməllərini davam etdirərək, İslamın şəhidlik fəlsəfəsinin mahiyyətini daha dərindən dərk etməyə nail olacaqlar. Din xadimlərinin moizələrində tarixi həqiqətlər öz əksini tapmalıdır. Din xadimləri xalqımızın dini-etiqad azadlığına, milli-mənəvi, dini dəyərlərinə ehtiram və qayğı nümayiş etdirən dövlət rəhbərinin səylərini dahar artıq dəyərləndirməlidir", - fətvada bildirilir.

 





13.11.2012    çap et  çap et