525.Az

Azərbaycanın gözəl SİMASI


 

Anarın “Azərbaycan ədəbiyyatı, incəsənəti, mədəniyyəti” (“Literatura. İskusstvo. Kultura Azerbaydjana”) kitabı haqqında publisist düşüncələri

Azərbaycanın gözəl SİMASI<b style="color:red"></b>

III cild

Yay tətilində demək olar ki, bütün asudə vaxtımı Anarın yarım əsrlik yaradıcılıq fəaliyyəti dövründə (doğrudu, onlardan çoxu məhz bu layihə üçün yazılıb) qələmə aldığı SİMAadı altında topladığı esseistikasının mütaliəsinə həsr etdim. Bu, o qədər asan başa gəlmədi, xüsusən kitabların ölçü həcmini nəzərə alıb bu səbəbdən divana uzanıb oxumaq vərdişimin mümkünsüzlüyünü nəzərə alanda.Bununla yanaşı, mən əsl mənəvi təmizlənmə, ruhi yüksəliş anları yaşayır gizlədim, bəzən gözlərim yaşarırdı.Anarın gözləriylə oxunan uzunəsrlik mədəniyyət tariximiz mənə həddən ziyadə maraqlı ibrətamiz göründü. OxucularlaSİMAnın birinci ikinci cildləri ilə  bağlı düşüncələrimi əvvəlki saylarda bölüşmüşəm. Bu gün isə söhbət yekun kitabdan gedəcək.

SİMAnın üçüncü cildi ön sözdə yazıldığı kimi özündə dünya mədəniyyəti, elmi, mətbuatının fərdlərinə problemlərinə həsr olunmuş geniş məqalə esseləri  ehtiva edir. Anar adətən yaxşı tanıdığı, dostluq etdiyi, ünsiyyətdə olduğu, respublikasının şərəf ləyaqəti uğrunda erməni separatçılarına qarşı çiyin-çiyinə mübarizə apardığı insanlardan yazır.1991-ci ilin 20 noyabrında həlak olmuş görkəmli dövlət xadimi Tofik İsmayılov Vəli Məmmədov haqqında olan oçerklər öz səmimiliyi təsirliliyi ilə xüsusi seçilir.”Elmbölməsində taleyin mənimlə rastlaşdırdığı, özümə əziz bildiyim əlamətdar adlar gördum. Anarın bu qeyri-adi şəxsiyyətlərilahi vergili alimlər Abbas Zamanov Əziz Mirəhmədov, Oqtay Əfəndiyev Ziya Bünyadov, Kamal Talıbzadə Fərəməz Maqsudov haqqında yazdığı oçerkləri oxuyarkən müxtəlif hisslər keçirdim. Bu hisslərdə nələr yox idi?Ötən günlərə xiffət, onların vaxtsa bizim həyatımızda olmasından doğan sevinc, Azərbaycan torpağının belə istedadlar yetirmək baxımından necə bərəkətli olmasından yaranan qürur hissi.Bölmədə bu gün məhsuldar fəaliyyət göstərən eynilə o cur yüksək səviyyədə təmənnasız olaraq elmə xidmət missiyasını daşıyan Vilayət Quliyev, Tofiq Məlikli, Nizami Cəfərov kimi alimlərə həsr olunmuş esselər var.

Digər bölmələr arasında Anarın çoxlarının-məsələn, V.Mayakovski, N.Hikmət, D. Şostakoviç, Əziz Nesin, Ç.Aytmatov, O.Süleymenov, R.Kazakovanın bu ya digər dərəcədə Azərbaycanla bağlı olduqları dünya mədəniyyəti, incəsənəti, ədəbiyyatı xadimləri haqqında olan oçerk esselərin yerləşdiyiDünya bizbölümünü xüsusi qeyd edərdim. Yəqin bu səbəbdən demək olar ki, bütün esselərdə görkəmli xadimlərlə göruşlərdən ünsiyyətlərdən doğan təəssüratlar süjetlərin memuar xarakterli olmasına dəlalət edir.

Şübhəsiz ki, Anarın müxtəlif forum konfranslardakı çıxışları, maarifçi, kulturoloji səpkili məqalələri gənc nəsil üçün faydalı olacaq. Amma fikrimcə, üçüncü cilddə  müəllifin özününşəxsi xatirələrimin fraqmentləriylə qidalanan tarixi kulturoloji traktatkimi təyin etdiyi həcmcə çox geniş (böyük kitab formatında 500 səhifədən artıq) “Yaşamaq haqqıessesi daha böyük önəm daşıyır.

Bu, hardasa Azərbaycan xalqının uzunəsrlik mənəvi axtarışlarının belletristikaya uyğunlaşdırılmış tarixidi. Yeri gəlmişkən, əsərdə türkçülüyün kökə bağlılıq, birlik problemləri onların həlli yolları, türk maarifçilərinin, ziyalılarının milli özünüdərk axtarışları, doğma dilin qorunub-saxlanılması uğrunda apardıqları mübarizə ön plana çıxarılıb. Buradakı xeyli sayda sənədlərdə, ilkin mənbələrdə, elmi əsərlərdə memuarlarda əksini tapmış həm məlum, həm böyük kütlə  üçün naməlum olan tarixi dəlillərqamarlanaraq”, istedadlı yazıçı əliylə türkün mənşəyi, etnogenizi, özünüdərki üçün keçdiyi əzablı yolları haqqında maraqlı bir hekayətə çevrilir. Bu mənada, onuyaddaş kitabıda adlandırmaq olar.

Ey türk! Niyə özünü dərk etmək istəmirsən! Niyə öz varlığından xəbərsizsən, kökün haqqında heç bilmirsən? Niyə axı, sadəcə, “Mən türkəmdeyə bilmirsən? Sənin türklüyünə sünniliyin, şiyəliyin, dinsizliyin maneə ola bilər... Bilməlisən ki, hələ sünnilərin , şiyələrin , babidlərin dünyada mövcud olmadığı dövrdə sən artıq bir türk kimi var idin. Səni öz şirin dilindən ayıran ərəb əlifbasına qədər öz gözəl əlifban, füsunkar yazıların olub”. Ömər Faiq NemanzadəninMən kiməmməqaləsindən olan bu sözləri Anarın kitabına epiqraf kimi vermək olar.

Müəllifin geniş dünyagörüşü hətta ən iyrənc məxluqa belə damğa vurmamaq kimi təbiətdən gələn ziyalılığı, öz xalqı, onun görkəmli nümayəndələri üçün keçirdiyi vətənpərvərlik qürur hissi, obyektivlik tarixilik yüksək bədiilik zəngin ədəbi təhlillərlə birlikdə bu traktatı Azərbaycan ədəbiyyatının müasir tarixşünaslığının hadisəsinə çevirir.

Traktatın əsas ideyasıAzərbaycan xalqının əzablarla qazandığı dövlətçilik,müstəqillik, yaşam haqqıdı. Bu haqq Azərbaycan millətinin görkəmli nümayəndələrinin əsrlər boyu apardıqları mübarizələrdən axtarışlardan doğan haqdı.

Şəxsiyyətlərin mövzuların əhatəsi yalnız Şimali Azərbaycanın hüdudlarıyla məhdudlaşmır. Anar türkçülüyün Yusif Axçura, İsmayıl bəy Qaspıralı, Ziya Göyalp, Əlibəy Hüseynzadə kimi görkəmli nümayəndələrinin potretlərini yaradarkən, həmçinin, XIX-XX əsrlərdə Cənubi Azərbaycanda baş verən milli-azadlıq hərəkatlarını (Səttarxan inqilabı adı almış mübarizə, Şeyx Məhəmməd Xiyabaninin rəhbərliyi altında azadlıq mücadiləsi onunAzadstanrespublikası, nəhayət, 1945-ci ildə Seyid Cəfər Pişəvərinin rəhbərliyi altında yaradılan Milli Hökumət) qeyd edərkən,bütün türklərin mənəvi axtarışlarının geniş mənzərəsini açmış olur. Nəriman Nərimanovun, digər azərbaycanlı kommunistlərin dramatik taleyindən bəhs edərkən Anar eynilə bu şəkildə ayrı bir hissədə Rusiya İrandakı türk kommunistlərinin nələr yaşadıqlarını da qələmə alır.

1918-1920-ci illər Azərbaycan Demokratik Respublikasının tarixini faciəvi sonluğunu təhlil edərkən Anar belə bir əhəmiyyətli nəticəyə gəlir: “Müstəqil Azərbaycanın ömrü az sürsə , lap formal olsa da, bu, onun dəqiq inzibati-coğrafi anlayışla,  təxminən həmin sərhədlərlə elə həmin paytaxtla birlikdə dövlətçiliyinin qorunub saxlanılmasına əsas oldu”.

Traktatda ikinci mövzu Azərbaycanın seçmə oğullarınınFüzulidən Mirzə Fətəli Axundova, Cəlil Məmmədquluzadədən Mirzə İbrahimova qədər doğma dilin qorunması, nəhəng şovinistpərəst dövlətlərin müdaxilələrindən müdafiə olunması, Azərbaycan Respublikasının rəsmi dili kimi təsdiqlənməsi uğrunda apardıqları tarixi mübarizəni əhatə edir. Müəllif ali məqsədə aparan yolda bu dilin bədxahlarının necə çətin, keçilməz maneələr yaratdıqlarını göstərir. Amma bu şəxsiyyətlərin iradəsini təqiblər, məhrumiyyətlər, cismani işgəncələr qıra bildi. Çünki Mirzə İbrahimovun sözləriylə desək, “doğma dildən, mübarizənin ən işlək silahından məhrum olmaq millətin məhvi demək idi”. Anar Azərbaycan dilinin dövlət dili kimi təsdiq olunmasında əvəzsiz xidmətlər göstərmiş görkəmli yazıçı ictimai xadim Mirzə İbrahimovun portretini xüsusi səmimiyyət hətta heyranlıqla təsvir edir. Mən öz məqalələrimdə bu qeyri-adi şəxsiyyət Azərbaycanın böyük vətənpərvər oğlu haqqında dəfələrlə yazmış paytaxt parklarından birində onun büstünün, yaxud heykəlinin qoyulmasını təklif etmişəm. Hesab edirəm ki, bu mövzu aktual olaraq qalır şəhər rəhbərliyi ölkə ziyalılarının bu barədə fikirlərinə həssas yanaşsa, şad olardıq. Ortaya qoyduğu işlərə, gərgin fəaliyyətinə görə gələcək nəsillərin yaddaşına köçmək Mirzə İbrahimovun halal haqqıdır!

Bütün traktat boyu qırmızı xətt kimi keçən üçüncü mövzu ermənilərin ərazi iddiaları səbəbindən  Azərbaycan xalqına qarşı törətdikləri 200 illik fiziki vəmənəvi terror tarixini əhatə edir. Müəllif XIX-XX əsr erməni terrorizmilə bağlı rus,erməni, Avropa tarixçilərindən onlarla şəhadət gətirərək, qondarma erməni məsələsini ətraflı işıqlandırır.

Anar SSRİ-nin dağılması ərəfəsində erməni separatçılarının Dağlıq Qarabağ ətrafında yeni münaqişə ocağı yaratdıqları dönəmiXX əsrin sonlarında baş vermiş hadisələri daha dolğun təsvir edir. Yeri gəlmişkən, traktatının ikinci hissəsində müəllif özünün Azərbaycan Yazıçılar İttifaqının rəhbəri, həmçinin, SSRİ Ali Sovetinin deputatı kimi bilavasitə şahidi iştirakçısı olduğu hadisələri təsvir edərkən aydın görünür ki, memuar janrına üstünlük verir. Anar Azərbaycan ziyalılarının qanlı hadisələrin böyüməsinin qarşısını almaq üçün ittifaq dairələrinə ünvanlanmış saysız-hesabsız məktublar, o vaxtlar erməni təbliğatının güclü təsiri altında olan, necə deyərlər, mərkəzi mətbuata çıxmaq cəhdləri haqqında aydın, əsl yazıçı çılğınlığıyla danışır. O, mətbuatda parlamentdə etdiyi çıxışlarından mətnləri təqdim edir, Qorbaçovla söhbətlərini, erməni nümayəndələriylə çəkişmələrini münaqişələrini xatırlayır. Traktatın bu hissəsində şəxsiyyət faktoru daha qabarıq verilir. Bununla yanaşı, Anar hətta Əbdürrəhman Vəzirov, yaxud Mixail Qorbaçov kimi ikrah doğuran şəxslərə qiymət verərkən belə obyektiv olmağa çalışır. Şəxsən mənə Anarın bu ziyalılığı xoş gəlir. Təbii ki, Anar da belə şəxslərin öz ölkəsinin xalqının taleyində oynadığı rolu mənfi xarakterizə edir. Amma bununla yanaşı, bəzi yazıçı publisistlərimizdən fərqli olaraq rəngləri daha da qatılaşdırmaqdan, təhqiramiz ifadələrdən qaçır. Anar Əbülfəz Elçibəy haqqında əsl ədəbiyyat adamı kimi danışır: “Mən bu dürüst zavallı idealistə, həm azacıq hiyləgər Don Kixota ürəkdən acıyıram. O, zahirən Don Kixota bənzəyir, xüsusən Sanço PansoTurqut Özalla yanaşı şəklində. İstənilən halda acımamaq olmur. Amma dövlət başçısı özünə qarşı yazıqlıq hissi oyatmamalıdı. Hörmət, fəxarət, məhəbbət, rəğbət, düşmənçilik, qorxu, nifrətbütün hisslər məqbuldu, bircə yazıqlıqdan başqa...” Bu isə başqa yazıdandı: “Heydər Əliyev siyasətdə qrossmeysterdi. Onun rəqibləri isə şahmatın gedişlərini belə bilmir. O, şahmat oynayır. Onunla yarışmaq istəyənlərsə, hələ nərd oynayır, zər atırlar. bilmək olar, bir gördün, zəri gətirdi”.

Anarın, xüsusən son Ukrayna hadisələri fonunda daha da aktual görünən, Rusiyanın onun siyasi-ziyalı dairələrinin postsovet məkanındakı rolu, ölkənin Avropa xalqları ailəsində dinc yaşamıyla bağlı fikirləri kifayət qədər maraqlıdı.Təəssüf ki, yazıçının ən bədbin proqnozları bu gün öz əksini tapır. Çünki Anarın  traktatındada qeyd etdiyi kimihətta ən mutərəqqi fikirli rus adamının varlığına hakim kəsilmiş imperiya təfəkkürü Rusiyanın özündə demokratik düşüncənin formalaşmasının inkişafına əngəl olaraq, ona nüvə silahı raket həmlələri basqısı altında deyil, qanuni bərabərhüquqlu şəkildə sivil ölkələr sırasına daxil olmaqda maneələr törədir”.

Bu əzəmətli əhəmiyyətli işlə bağlı rəyimi bildirərkən, burada nələri düzəltmək istədiyim barədə susa bilmirəm. Əvvəla hesab eləyirəm ki, bu həcmdə olan bir kitab mütləq təcrübəli redaktora verilməliydi ki, böyük qəliz mətnlərdə qaçılmaz olan üslub xüsusən punktuasiya-orfoqrafiya xətaları aradan qaldırılsın.Redaktor əli dəyməyən mətn hardasa daraq dəyməyən saç kimi görünür.Axı bu mətnlər rus dilini yaxşı bilən hazırlıqlı oxucuya ünvanlanıb.Yeri gəlmişkən, həmin problem bu gün respublikada nəşr olunan təəssüfləndirici səhvlərlə dolu əksər kitablar üçün xarakterikdi.Səbəb savadlı redaktorlar, korrektorlar, çapa məsul xeyli sayda əməkdaşlardan ibarət nəşriyyat sisteminin artıq keçmişdə qalmasıdı.Amma yaxın keçmişdə onların razılığı olmadan özünə hörmət edən heç bir nəşriyyat kitabın çapına icazə verməzdi.Çox təəssüf...

Bundan əlavə, fikrimcə Anar onun deputat seçilməməsiylə əlaqədar məqamları bu gün müxalifətdə olan bir sıra siyasətçilərlə münasibətlərini bu tarixi traktata daxil etməməliydi.Şəxsi bioqrafiyanı ehtiva edən bu təsvirlər özündə sırf memuar janrı elementləri daşıyır ki, bu da traktatın məramına cavab vermir.Odur ki, sonuncu hissələr kitabın ümumi mənzərəsi fonunda mənə bir qədər yad, yamaq kimi göründü.Bundan başqa, hərdən belə təəssürat yaranır ki, Anar öz bədxahlarının təhqir sancmalarına cavab verərkən, hardasa özünə bəraət qazandırmaq istəyir.İkinci məqaləmdə yazmışdım ki, Anar bu hücumlara gərək belə kəskin geniş reaksiya verməsin. “Cəmiyyət dinqəzetininHəyatınızda nəyi redaktə edərdinizsualına cavabında yazıçı özü mənim haqlı olduğumu dolayısı yolla təsdiqləyərək deyir: “Gərək hər yoldan keçənə cavab, ünvanıma söylənən hər şər böhtana reaksiya verməyəydim”. Əzizim, Anar, reaksiya verməyin.Hər şeyi yerinə qoyan zaman ən böyük hakimdi. Prinsipcə, o artıq öz hökmünü verib: Anar türkdilli ölkələrin mədəniyyət nazirlərini bir araya gətirən TÜRKSOY təşkilatının yaranmasının təşəbbüskarıdı. Dahi Heydər Əliyevin dəstəyi iləKitabı-Dədə Qorquddastanının 1300 illik yubileyinin geniş masştabda keçirilməsi, Heydər Əliyev Fondunun yaradılması ideyasını ilk dəfə səsləndirən Anar olub. Nəhayət, türkdilli xalqların Yazıçılar Birliyinin ilk sədri kimi artıq çoxdan adını milli mədəniyyətimizin tarixinə yazıb.”Azərbaycanın ədəbiyyatı, incəsənəti, mədəniyyətiüçcildliyi isə ümidvaram ki, milli söz sənətimizin qızıl fonduna daxil olaraq, möhkəm yer tutacaq.

Kitabına yazdığı son sözdə gələcək planlarından danışarkən Anar bir neçə əsərində özülünü qoyduğu memuar janrını davam etdirərək, bunu nəsli haqqında olacaq özünəməxsusBeşlikailə saqasıyla yekunlaşdırmaq niyyətini açıqlayır. Mən yazımın yekununda bu niyyətinin həyata keçməsi yolunda ona can sağlığı bütün yaradıcı planlarını uğurla gerçəyə çevirməsini arzu edirəm.

 





06.10.2014    çap et  çap et