525.Az

Tofiq Hüseynin şeirləri


 

Tofiq Hüseynin <b style="color:red">şeirləri</b>

Bu şeirləriyaradıcılığımı yüksək qiymətləndirən, sözün əsl mənasında məndən daima təzə yazı (istəyən yox) tələb edən, şeir söyləyəndə hər bəndin sonunda deyəcəyim fikirə xüsusi diqqət sayğı ilə qulaq asan, qədrimi bilən, xətrimi əziz tutan, çox da böyük olmayan oxucu auditoriyamabacı qardaşlarıma bağışlayıram.

  

Məktub yazmaq istədim

 

Burda hava soyuyub,

Orda yəqin istidir.

Yaxşı ki, xatirən var,

Məni hərdən isidir.

 

Məktub yazmaq istədim,

Öyrənməkçün havanı.

Heyif tapa bilmədim

Yaşadığın ünvanı.

 

Heç onu da bilmirəm,

Ölüsən, ya dirisən.

Məndən ötrü lap çoxdan

Ölülərin birisən.

 

Onu deyim, özüm

Əzrayılın yemiyəm.

Bu ki yaşamaq deyil,

Mən ölü kimiyəm.

 

Orda bir ölü görsən,

Mən boyda, mən biçimdə.

Soruşarsan, neynirsən

Ölülərin içində.

 

Deyəcəm ömür boyu,

Axtarmışam mən səni.

Tapmamışam heç yanda,

Gəzib eli-ölkəni.

 

Bu zülmət dünya nədir,

Ölülərin vətəni.

Yaxşı ki, bu zülmətdə,

Tapmaq olur itəni.


...

 

Sizin evinizə baxmıram daha,

Eləcə yanından ötüb keçirəm.

Tuş gəlməyim deyə tanışa, yada,

Kölgətək, xəyaltək itib keçirəm.

 

Dünən gördüyüm ev dəyişib bu gün,

Qapı-pəncərəsi gözümdən düşüb.

Hasarın üstündə bitən o gülün,

Toxumu bir çılğın sözümdən düşüb.

 

Qapınız açıqdır qohuma, dosta,

Mən bu səadəti haradan tapım.

İçəri keçməyə imkanım yoxsa,

Mənimçün bağlıdı o açıq qapı.

 

var, yox, kapitan...

 

var, yox, kapitan,

De, dəniz yerindəmi?

Orda - gəmilər

Dayazda, dərindəmi?

 

Biz dənizi görmürük

Dəniz qala içində.

Yəqin xəstə balıqlar

Qalıb bəla içində.

 

Biz dənizi görmürük

De, havalar necədi?

Qağayılar var idi,

Qağayılar necədi?

Səndən yaxşı bilən yox,

Həm dayazı, dərini.

Günəş hayandan çıxır,

Çaşmayıb ki, yerini.

 

Uzaq-uzaq səfərdə,

Doğulan olurmu de.

Çimərlik adlı yerdə,

Boğulan olurmu de.

 

Biz dənizə baxırıq,

Qala böyrü qapıdan,

İşin-gücün necədir,

var, yox, kapitan..

 

Mənim ürəyimə toxunur hamı

 

Mənim ürəyimə toxunur hamı

Toxunur hüzürdə,

toyda, mağarda.

Ürəyim bir köhnə sınıq külqabı,

Hamı əsəbini söndürür orda.

 

Neçə acı kəlmə, tikanlı kəlmə,

Böyrümdən-başımdan ox olub keçir.

Evdə arvadıyla sozü çəp gələn,

Mənim ürəyimə toxunub keçir.

 

Ölür ürəyimin inam, həvəsi,

Gileylər dayanmır, dördnala çapır.

Ünvanı səhv salan, ünvan əvəzi,

Mənim ürəyimi axtarıb tapır.

 

Ürəkdə ağlayır, üzdə gülürəm,

Mənim ürəyimə toxunur hamı.

itirmişəmsə, tapa bilirəm,

Mən tapa bilmirəm öz günahımı.

 

Fili qarışqaya oxşatmamışam,

Özgə bostanına daş atmamışam,

Sinəmdə xəbislik yaşatmamışam,

Mən tapa bilmirəm öz günahımı.

 

Başa torba tikən pulum olmayıb,

Nökərim olmayıb, qulum olmayib,

Öz yolumdan özgə yolum olmayıb,

Mən tapa bilmirəm öz günahımı.

 

Ürəyimə bir az su gərək olsa,

Tapıb həkimlərə köz yazdırarlar.

Toy etsəm, toyuma nəmər əvəzi,

Bir kəlmə tikanlı söz yazdırarlar.

 

Ömür çox ucuzdu, ölüm çox baha,

Yoxuşlar dirənib Əcəl dağına.

Qardaşlar axtarıb gəzməyin daha

Atdım ürəyimi yol qırağına.

 

Yurda şəhid gələndə...

 

Düşmən gendən baxmasa,

Qoca, cavan ağlayar,

Gözlərdə yaş görünməz,

Ürəklər qan ağlayar,

Yurda şəhid gələndə.

 

Qolda lentə bənzəyər

Bu yerlərin cığırı.

Xatirə sükutunda,

Susar çalı-çağırı,

Yurda şəhid gələndə.

 

O gün bir rəngə çalar,

Yeddi rəng göy qurşağı.

Burda bayraq yerinə,

Başlar enər aşağı,

Yurda şəhid gələndə.


İlan

 

Qəzetlərin yazdığına görə İrlandiya yeganə ölkədir ki, orda ilan yoxdur.

 

Belə bir ölkə var,

Millət çəkir kefini.

Orda tanıyan yoxdur,

Koramalı, əfini.

 

Gecə çöldə yatanlar,

Çöldə açır səhəri.

bir ilan tanıyır,

ilan zəhəri.

 

İstəsən piyada gəz,

Dağı, düzü, obanı.

Orda ilan gəzir,

Qəfil sanca dabanı.

 

Orda qorxan da yoxdur,

gürzədən, kobradan.

Orda tütək səsinə,

İlan çıxmır torbadan.

 

Orda adam da çoxdur,

Hərənin öz yeri var.

Görən necə adlanır,

Orda ilan adamlar.

 

Zibil

 

Sən zibil yığırsan burda hər səhər,

Vecinə alma, baxan deyir.

Dünyanı o qədər zibilləyiblər,

Sənin yığmağınla qurtaran deyil.

 

Siqaret kötüyü, ya boş su qabı,

Bunları süpürüb yığmağa var.

Töküb-toküşdürüb dərdi-əzabı,

Dünyanı korlayır zibil adamlar.

 

Bir zibil niyyətli yanından ötər,

Tanıya bilməzsən görürkən onu.

Ağızdan söz düşər, zibildən betər,

Heyif tapa bilməz süpürgən onu.

 

Daha vaxt dəyişib, zaman ötüşüb,

Bərk yapış tapdığın o -gücündən.

Çox qızıl ölüsü zibilə düşüb,

Qızıl çıxa bilən zibil içindən.

 

Biri narahatdi, gecəni yatmır,

Nəsə duyuq düşüb sancır dalağı.

Haçandır zibili qutuya atmır,

Gəzir sinəsində zibil qalağı.

 

Qəfil vəzifəyə qalxıb bu insan,

Ağzı var timsahın ağzından iri.

Otüb-keçənlərdən onu soruşsan,

Cavab sadə olar: Zibilin biri.

 

Qandal vurun əlimə

 

Əlimi görəmmirəm,

Əlim mənimki deyil.

Əlim köhnədən qalıb,

Əlim bugünkü deyil.

 

Əlim cibimə girmir,

Köhnə dəbimdən küsüb.

Əlimi dindirməyin,

Əlim cibimdən küsüb.

 

Əlimdə günah yox,

Çox şey ağıla gəlmir.

Sığal çəkmək istəyir,

Başlar sığala gəlmir.

 

Tikanlar qoymur gülü,

Əlimlə dərə bilim.

Qandal vurun əlimə,

Əlimi görə bilim.

 

Bu dünyanı yaxşı görə bilmədim

 

Tale mənə paltar etdi dözümü,

Bu dünyanı yaxşı görə bilmədim.

Əllərilə xəlvət tutdu gözümü,

Bu dünyanı yaxşı görə bilmədim.

 

Ulu adlı çox adətə uduzdum,

Min sifətli siyasətə uduzdum,

Yalan dedim, həqiqətə uduzdum,

Bu dünyanı yaxşı görə bilmədim.


Ev
tikirdim, min əzaba tuş oldum,

Mismar oldum, taxta oldum, daş oldum,

Böyür-başa baxa-baxa çaş oldum,

Bu dünyanı yaxşı görə bilmədim.

 

Bir sözümü yüz ünvana çəkdilər,

Gah o yana, gah bu yana çəkdilər,

Çörək ilə imtahana çəkdilər,

Bu dünyanı yaxşı görə bilmədim.

 

Sevgi adlı bir yuxuya sıyıldım,

Şirin idi, ləzzətindən bayıldım,

Ömür keçdi, yuxudan gec ayıldım,

Bu dünyanı yaxşı görə bilmədim.

 

Gün çıxanda çatammadım sirrinə,

Baş vurmuşam çox dayaza, dərinə

Günbatandan bəlkə babat görünə

Bu dünyanı yaxşı görə bilmədim.

 

Ətraf

 

Hərdən genişlənir, hərdən kiçilir

Gah adi bir cığır, gah hündür  qala.

Görən ətrafımız nəynən ölçülür?

Metrlə, litrlə, yoxsa ki kubla.

 

Ətrafda varsa könül oxşayır

Bəs nədən danışıb, gülmək çətindir.

Bizim ətrafımız hardan başlanır,

Harada qurtarır-bilmək çətindir.

 

Bir təmiz kəlmənin söz ətrafı var,

Bir anda dünyanı dolaşa bilər.

Elə ətrafın da öz ətrafı var

Birləşə bilsələr, elə dönərlər.

 

İynələr, tikanlar-gülün ətrafı

Soyumuş ocaqlar-külün ətrafı,

Geniş asimanlar-quşun ətrafı,

İlanlar, çiyanlar- daşın ətrafı.

 

Mənim ətrafım qayadı, daşdı

Bir quru yarpaq da ətrafdı bəzən.

İmkanım var ikən qohum-qardaşdı,

İmkanım yox ikənquruca vətən.

 

Arılar necə verib səs-səsə

Min cür çiçək açıb bu yaz çəməndə.

Mənim ətrafımdan şirə çəkirsə,

Arının işi uzaq çəməndə.

 

Giley eşitməsə ürək şad olar

Təpə təpədirsə, dağ ola bilməz.

Şahbuzun ətrafı Ordubad olar

Lerik ola bilməz, Qax ola bilməz.

 

Ömür keçə bilməz xəyal içində

Dərd var ki, əbədi yük olar bizə.

Yaxın ətrafımız yağ-bal içində,

Uzaq ətarfımız toz içindəsə.

 

Boylan ətrafına, bax, gözaltı ol,

Gör necə sovuşub illər içindən.

Ətrafın gül versə, ehtiyatlı ol,

Güllə çıxa bilər güllər içindən.

 

Mənə bu sevgini çox görmə...

 

Dostların üstümdə nəfəsi varkən,

Bir quşun sınası qəfəsi varkən,

Sinəmin qabarmaq həvəsi varkən

Mənə bu sevgini çox görmə, Allah.

 

Üfüq yerindəsə, dan yerindəsə,

Ürək yerindəsə, can yerindəsə,

Damarlar dolaşan qan yerindəsə

Mənə bu sevgini çox görmə, Allah.

 

Erkən saçlarıma ələnsə qar

Hələ başımdadır köhnə sevdalar.

Səndən gizlədim, elə bu yaşda

Durub qız dalınca baxmağım da var,

Mənə bu sevgini çox görmə, Allah.

 

O sevgi bir ömrü heyif eyləməz

Söz desən könlümə dəyib eyləməz.

Qoy sevim, aldanım, eyib eyləməz

Mənə bu sevgini çox görmə, Allah.

 

O sevgi gözümdən sürüşüb qalar

Bir qız dodağına ilişib qalar.

Oxunub atılan məktublar kimi

Bir gül budağına ilişib qalar.

Mənə bu sevgini çox görmə, Allah. 

 





06.10.2014    çap et  çap et