525.Az

Misir Mərdanov: "Bu problemi bir-iki ilə həll etmək qeyri-mümkündür"


 

Misir Mərdanov: "Bu problemi bir-iki ilə həll etmək qeyri-mümkündür"

“Artıq 3 ilə yaxındır ki, Azərbaycanda orta məktəb müəllimləri xüsusi proqram əsasında işə qəbul olunurlar. Bu il orta məktəblərdəki vakant yerlərə 16 mindən çox namizəd sənəd verib. Artıq onlardan 3000 nəfərə yaxını işə qəbul olunub. Bu gün biz müəllimi kompüter vasitəsilə, ədalətli qaydada seçirik”.

525.az-ın məlumatına görə, bu fikirləri təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında deyib.

Təhsil naziri orta məktəb müəllimlərinin işə götürülməsi prosesinə qarışmadığını vurğulayıb: “Komissiya var, proqram var, müəllim olmaq istəyən hər kəs sənədlərini təqdim edərək internet vasitəsilə imtahan verib arzu etdiyi yerlərdən birini tuta bilir. Əgər tuta bilməzsə, yenidən hazırlaşsın və gələn il yenidən imtahan versin. Bu gün biz məktəbə məbəd kimi baxırıq, məbədə də hər adamı göndərməyə mənəvi haqqımız yoxdur”.

Nazir vurğulayıb ki, Azərbaycanın bölgələrdəki orta məktəblərində hələ də vakant müəllim yerləri var: “Bu problemi bir ilə həll etmək mümkün deyil. Elə adamlar var ki, işə qəbul olunduqları yerlərə getmədilər. Çünki o yerlər onları qane etmir. Ona görə də bir-iki ilin içində bu problemi həll etmək qeyri-mümkündür”.

S.QARAYEVA

 





10.09.2012    çap et  çap et