525.Az

Hüznlü günlər, kövrək güllər


 

Hüznlü günlər, kövrək güllər<b style="color:red"></b>

(Cahangir Məmmədliyə)


Bir
vaxtlar sevdiyi insana tək-tək apardığı hədiyyə gülləri, indi cüt-cüt, dəstə-dəstə qəbir üstünə aparır.


Üzündəki
ifadəni, ürəyindəki qəmi, kədəri duyan həssas güllər kövrəlib yol boyu başını aşağı salır. Hər şeyi duyurmuş kimi.


lll


Hər
dəfə zəng edəndə telefonun o başından incə, yorğun, kədərli, çox doğma, xoş, içinə sevinc qatılı bir səs eşidirəm: “Nətəərsən, dədə?”


Bu
sakit, həlim insan hətta ən coşqulu, əsəbi adamı da öz əhvalına kökləyir. Sakitləşdirir. Onu görəndə yumyumşaq olursan. Həlimləşirsən.


Görüşəndə
adamı qucaqlayıb bağrına elə basır ki, elə bil aradan ayrılığı, həsrəti sıxıb çıxardacaq.


Onunla
hər görüşdə bir az da doğmalaşırsan.


Üzündəki
kövrək sevincin arxasında dayanan daimi bir nisgili görüb sən kövrəlirsən.


Son
vaxtlar çox kövrək olub. Bu xarakterli adamın başqa cür olmasını təsəvvür etmirəm.


Dostlar
, tanıyanlar onu çox vaxt bazar günü narahat etmək istəmirlər.


lll


Hər
bazar günüo hüznlü günlərdə qərib bir kənddən Ağdama kövrək güllər daşıyır. Ağdamdan uzaq düşmüş  o qərib kənddən xanımının əkib-becərdiyi güllərə sevgisini, hərarətini qataraq öz sahibəsinə aparır.
Ayağının
taqəti qəbiristanlığa, titrəyən əllərinin gücü ancaq sinə daşına kimi çatır. Bir az toxtayıb, gülləri mərmər sinə daşına düzür. Buz kimi daş sinəyə...


Bu
, onun ondan sonrakı illərinin gül təqdimatıdı...


İnsan
yaşlaşdıqca, zaman, şərait, vəziyyət dəyişdikcə, sanki gül təqdimatı da öz missiyasını dəyişir. Bir vaxtlar sevinclə bu güllərə uzanan qollar qalxmır, əllər açılmır. “Sağ ol!” səsi eşidilmir.


İçini
döyən sözlərin çırpıntılarını baxışlar söyləməyə başlayır. Bir özündən süzülən göz yaşları...


Sən
onun göz yaşlarını silirsən. Sənin göz yaşlarınsa içini yandıra-yandıra, iz sala-sala üzündən sinənə, köksünə axır. öz əlin qalxır silməyə, ki, O əllər... Baxışlar öz-özünə axan göz yaşlarını qurudur.

Yalnız
sənə doğma olan, sənə dikilən baxışlar.


Sonra
üst-başını yoxlamağa başlayır. Halını, təkliyini, onsuzluğunu sorur şəkildən sənə dikilən baxışlar.


Çalışıb
səliqəli bildiyin geyiminə bir az da düzəliş verirsən. Amma nəyinsə onun ürəyincə olmadığını duyursan, hiss edirsən... Özünə, geyiminə şuxluq gətirən barmaq, sığal izlərinin yeri görünür...


Araya
çökən sükutu qeybdən gələn bir səs pozur.


Ruhların
danışdığı, görüşdüyü bu yerdə, sanki çırpıntılar toqquşur; səsə səs verir.


İçindəkiləri
, yığılıb qalanları, olanları, olmuşları danışırsan səni dinləyən, sənə dikilən, ancaq”, “yoxdeyən baxışlara. Xatirələr çözələnir. Xoş xatirələr. Baxışların sorunlarını cavablandırırsan. Sonda özünü qoyub gəlirsən. Ürəyini qoyub gəldiyin o yerdə. Əvəzində səni ötürən baxışları özünlə götürürsən  növbəti görüşə kimi.


Təkcə
sənə dikilən, səni axtaran o baxışlar ötürür səni gündüzü gecə kimi hamının yatılı olduğu o yerin açıq qapısından. Evinizin qapısından ötürürmüş kimi.


Hər
bazar günü çırpınan ürək kimi titrəyən əllər qərib kənddən Ağdama, Əfətliyə bir dəstə qızılgül daşıyır; yolunu gözləyən baxışlara...


əzab

ayrılmaq qədər çətin

sənə doğma səsdən, sözdən, üzdən...

ayrılmaq qədər çətin

səni axtaracaq baxışlardan, gözdən...

ayrılmaq qədər çətin

günəşindən, ayından,

qışından, baharından...

ayrılmaq qədər çətin

özündən ayrılan kimi...

ayrılmaq qədər çətin

hətta səni itirən

lal gecədən belə.                            


08.10.2014

 





13.10.2014    çap et  çap et