525.Az

Dərs ilinin müddəti uzadılmayacaq


 

Dərs ilinin müddəti uzadılmayacaq <b style="color:red"></b> Azərbaycanda dərs müddətinin bitmə vaxtı açıqlanıb.
 
Təhsil Nazirliyindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Nazirlər Kabinetinin 13 yanvar 2011-ci tarixli qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əsasən, ümumtəhsil məktəbində dərs məşğələləri, bir qayda olaraq, sentyabrın 15-də başlayıb mayın 31-də başa çatır.  Hazırda həmin qərar qüvvədədir.
 
Təhsil Nazirliyi dərs ilinin uzadılmasını, şagirdlərin tətil günlərini, dərs bölgüsünün düzgün bölüşdürülməsini özündə əks etdirən təkliflər paketini hökumətə təqdim edib. Lent.az-ın əldə etdiyi məlumata görə, hökumət nazirliyin təklifinə hələlik cavab verməyib.
 





14.10.2014    çap et  çap et