525.Az

ADİU-da yeni departament yaradılıb


 

ADİU-da yeni departament yaradılıb<b style="color:red"></b> Azərbaycan Dövlət İqtisad Universitetində Marketinq və Kommunikasiya Departamenti yaradılıb.
525.az-ın universitetin ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən verdiyi məlumata görə, departamentin əsas fəaliyyəti ADİU-nun yeni imici üzərində işləməkdən ibarət olacaq.

Departament tədbir və konfransları təşkil edəcək. Həmçinin ADİU-da aylıq nəşr olunan “İqtisadçı” qəzeti,
aseu.az saytı, “Qaynar xətt” və İctimaiyyətlə Əlaqələr şöbəsi departamentin nəzdində fəaliyyət göstərəcək.

Departamentin rəhbəri telejurnalist Rasim Şərifovdur.
 





14.10.2014    çap et  çap et