525.Az

Tariximizin qaranlıq qatları arxeoloji tapıntıların və arxiv sənədlərinin işığında


 

Tariximizin qaranlıq qatları arxeoloji tapıntıların və arxiv sənədlərinin işığında<b style="color:red"></b>

Vaxtı, zamanı insanlar nurlu əməlləri ilə tarixə çevirir. Bəzən bir kəndin, bir obanın min illik həyat yolu, yaşam tərzi, daş kitabələrə atdığı silinməz imzalar, yaratdığı əmək alətləri, zinət əşyaları - ölkənin mədəniyyət tarixinin ən qiymətli səhifələrini təşkil edir. Bəzən yüzilliklərin dərin qatlarından işıq şüası, nur haləsi kimi süzülüb gələn nəsil-soy şəcərələri milli kimliyimizin etalonuna çevrilərək bir xalqın mənəvi dəyərlər yükünü çiyinlərinə qaldıraraq şərəf ləyaqətlə keçmişdən gələcəyə daşıyır. Tariximizin qədim zənginliyini etiraf etməkdə dünya arxivlərini xəcalət təri bürüsə imdadımıza yenə daş yaddaşlara həkk olunmuş kitabələr, arxeoloji qazıntılar zamanı tarixin dərin qatlarından boy göstərən maddi mədəniyyət inciləri çatır.

Beş il öncə ziyalıların sıx olduğu məclislərin birində Şəkinin Baş Layısqı kəndindən tapılmış, yaşı min illərlə ölçülən, ilkin araşdırmalar nəticəsində eramızdan əvvəl VIII-VII əsrlərə aid edilən nizə ucluqlarından, kəsici alətlərdən, qolbağlardan, sırğalardan, muncuqlardan, müxtəlif bəzək əşyalarından iftixar hissi ilə söz açılsa da, bu qədim yaşayış məskəninin adı - "Layısqı" məfhumunun etimologiyası suallara səbəb oldu. Həmin kəndin yetirməsi, milli dövlətçiliyə sadiqliyi ilə seçilən, çağdaş zəmanəmizin nüfuzlu ziyalısı Abdulla Yusifli üzünü mənə çevirərək: - Asif müəllim, arxivlərlə sıx təmasdasınız - dedi. Bu adın mənşəyi, kəndin keçmişi ilə bağlı faktlar, sənədlər aramaq, tapmaq mümkündürmü? Şübhəsiz ki, suala birmənalı cavab vermək asan deyildi. Çalışaram - dedim. İlk baxışdan cavab qaneedici təsir bağışlamasa da Abdulla müəllim doğma kəndi haqqında səhih məlumat almaq, tarixin dərin qatlarına bələd olmaq, özündən sonrakı nəsillər üçün "Layısqı" adına aydınlıq gətirtmək, bu sözün etimologiyası, elmi mənşəyi barədə dəqiq bilgiyə yiyələnmək niyyətində idi milli təəssübkeşlik aurasında daha da gözəl görünən bu xoş məramı yalnız təqdir etmək alqışlamaq olardı.

Azərbaycan Dövlət Tarix Arxivində apardığım uzunmüddətli araşdırmalar gözlənilməz zəngin qeyri-adi tapıntılar ilə nəticələndi. Tariximizin 1805-1917-ci illərini özündə hifz edən arxivin 10, 24, 29 43- fondlarında aşkar edilən Layısqıya aid əyalət dəftəri əslində çox dəyərli bir dəfinəni xatırladırdı. Tapılmış yeni materiallardan məlum olur ki, Rusiya İmperiyasının müvafiq orqanları tərəfindən Şəki əyalətinin Layısqı kəndinə XIX yüzillikdə altı dəfə, xüsusilə 1824, 1831, 1842, 1863, 1873 1886- illərdə ekspedisiyalar təşkil edilmiş, əhalinin tərkibi, həyat tərzi, sosial-iqtisadi güzəranı, fərqli, özünəməxsus xüsusiyyətləri qeydə alınmış, siyahılar dövlət məmurları, kənd icması nüfuzlu şəxslər tərəfindən möhür şəhadət barmaqlarını sənədlərə basmaqla təsdiqlənmişdir. Kəndin adı 1824, 1831 1842-ci il siyahıyaalınmalarda "Layısqı" (bu ad ərəb qrafikalı Azərbaycan dilində olan mətnlərdə fərqlidir - A.R.), 1863 sonrakı sənədlərdə isə  "Baş Layısqı" kimi qeydə alınmışdır. İllər üzrə əhalinin sayını nəzərdən keçirdikdə müşahidə olunur ki, 1824- ildə Layısqıda 195 ailə, 1831-ci ildə isə 190 ailə mövcud idisə, 1842-ci ildə bu rəqəm birdən-birə 155-ə düşmüş, bizə məlum olmayan səbəblərə görə mərkəzdənqaçma proses davam edərək 1863- ildə isə kənddə qalan ailələrin sayı 116-ya enmişdir. Beləliklə, əvvəl 40-45, sonralar isə 80-ə yaxın ailənin Layısqıdan köçməsinin şübhəsiz ki, əsaslı səbəbləri olmuşdur.

Ehtimal etmək olar ki, XIX əsrin 30-cu illərində Layısqı kəndi təbii fəlakət, sel daşqını ya digər səbəblərə görə iki yerə parçalanmış, birini digərindən 10 km. məsafə ayıran, düzənlik sahədə yeni kənd salınmış, burada 40-45 layısqılı ailə yeni yaşayış məskəninin təməlini, bünövrəsini qoymuş, onlar yeni ünvanlarını coğrafi mövqeyə uyğun olaraq Aşağı Layısqı kimi tanıtmışlar. Ən çətin sınaqlardan mərdanəliklə, üzüağ çıxan, yer-yurdlarını tərk etməyən, ulu babalarının müqəddəs ocaqlarını, qədim məzar yerlərini Qafqaz sıra dağlarının cənub yamaclarında qoruyub yaşadan cəsur, zəhmətkeş insanların yaşadığı qədim məskən isə Baş Layısqı adlandırılmışdır.

Arxiv sənədlərində qeydə alınmışdır ki, layısqılıların əsas məşğuliyyəti əkinçilik (buğda, arpa, çəltik zəmiləri), baramaçılıq, arıçılıq heyvandarlıq olmuşdur. Layısqılılar haqqında 1842-ci ilin siyahıyaalınmasında yazılmışdır: "Bu kəndin əhalisi taxılçılıq ipəkçiliklə məşğul olur. Kustar sənətkarlığa meyilli deyillər. Bu kənddə altı dəyirman iki çəltiküyüdən var. Əhali yaxşı vəziyyətdə yaşayır. Torpaqlar əsasən daşlıqdır. Onların meşələri yetərincədir" (AR DTA fond-29, siyahı-1, saxlama vahidi-21, vərəq-71).

Bu yığcam çox dəyərli informasiya çörəyi "daşlıq"dan çıxan Layısqılılar haqqında geniş təəssürat yaradır. Təbiətlə əlbəyaxa döyüşən, zəhmətsevər əhalinin "yaxşı vəziyyətdə yaşa"ması nisbi dəyərləndirmədir əsasən ətraf yaşayış məntəqələri ilə müqayisədə gəlinən qənaətdir. Lakin, o da həqiqətdir ki, 6 dəyirmanın, o cümlədən 2 çəltiküyüdənin bir kənddə mövcudluğu böyük hadisə olmaqla yanaşı məhsul bolluğuna, ahəngdar prosesinin intensivliyinə bariz nümunədir. Etiraf edilməlidir ki, altı dəyirman bir kənd üçün həddən ziyadə olsa da, şübhəsiz ki, ətraf kəndlərin dəyirmana olan ehtiyacı məhz Layısqıda ödənilmişdir.

İstinad etdiyimiz sitatda "Əhali yaxşı vəziyyətdə yaşayır" fikri yalnız iqtisadi anlamda deyil, daha geniş mənada qəbul olunmalıdır. Layısqı kənd camaatı içərisində təhsil almış insanlar, ziyalılar, mollalar, əfəndilər, döyüşçülər müəyyən zümrələr təşkil etmişdir. Maraqlıdır ki, burada hörmət əlaməti olaraq nüfuzlu insanlara, ziyalılara, geniş dünyagörüşlü şəxslərə "molla", "əfəndi" deyilmişdir. "Əfəndi" sözünün əyalətdə geniş yayılmasının səbəblərindən biri bu bölgənin - Osmanlı Türkiyəsinin mənəvi təsir dairəsinə düşməsi ilə şərtlənir. Bəzən layiq olmayan insanlara da "molla", "əfəndi" deyə müraciət olunması əslən Layısqıdan olan, aşıq poeziyamızın istedadlı nümayəndəsi Molla Cüməni hövsələdən çıxarmışdır. O, məsələyə qeyri-ciddi yanaşmanı sərt tənqid edərək demişdir:

 

"Əlac yoxdur əfəndidən, molladan,

Həqiqətin binasını axtarım".

lll

1980-ci ildə Baş Layısqı  kəndindən bir küp-qəbirin aşkar edilməsi tarixmizin dərin laylarına işıq saldı. Eramızdan əvvəl VIII-VII əsrə aid edilən Layısqı tapıntılarının içərisində insan sümükləri, bəzək əşyaları ilə yanaşı xeyli nizə ucluqları da vardır. Bu tapıntı ən qədim Layısqılınin nüfuzlu sərkərdə, cəsur döyüşçü ya mahir ovçu olduğuna işarədir.

Kürəkçay (1805), Gülüstan (1813) Türkmənçay (1828) müqavilələrindən sonra Azərbaycan türkləri Rusiya İmperiyasının ordusunda hərbi xidmət əvəzinə əsgəri vergi ödəsələr , Şəki əyalətində, o cümlədən Layısqıda ehtiyatda olan döyüşçülər vergidən azad idi müharibə şəraitində onlar yüksək səviyyədə  silahlanaraq hərbdə iştirak edir, sülh şəraitində isə ipəkçilik, heyvandarlıq ovçuluq ilə məşğul olurdular.

1824- il sənədlərinə əsasən Layısqının ilk ehtiyatda olan döyüşçüləri 7 nəfərdir. Onlar Balaca Ağa Şıxqulu Yüzbaşı oğlu, Çələ(bi) Ağa Hacı Qasım oğlu, Zaman Hacı Qasım oğlu, Əbdürrəhman Ağa Məmmədəli Ağa oğlu, Yusif Məmmədəli Ağa oğlu, Şıxı Qaragöz oğlu Əhməd Əli Şıxı oğlundan ibarətdir. 1831-ci ildə Layısqıdan olan ehtiyat döyüşçülərin sayı 4 nəfərə enmiş sonrakı illərdə bu zümrə ləğv edilmişdir.

Sənədlər üzərində müşahidələr belə bir qənaətə gəlməyə əsas verir ki, layısqılı ərənlər ailənin qadın üzvlərinin adlarının siyahılarda yer almasına qısqanclıqla yanaşmış, bu sahədə mərhəmliyə üstünlük vermişdilər. Altı ekspedisiyadan beşində layısqılı qadınların yalnız sayı qeydə alınmışdır. İstisna olaraq 1842-ci ildə kənd əhalisinin siyahıyaalınmasında kişilərlə bərabər xanımların da adları yazılmışdır.

Bu incə məsələdə bir məqama xüsusi diqqət yetirilməlidir. Ənənəvi olaraq sənədləşmə işlərini qeyri türklər həyata keçirdikləri halda 1842-ci il siyahıyaalınmasını Laysıqıdan yeddi nəfərlik qrup icra etmişdir. Sənədə birinci imza atan Layısqının 70 yaşlı (O 1772-ci ildə anadan olmuşdur -A.R.) nüfuzlu ağsaqqalı ziyalısı İsrafil Bayram oğlu olmuşdur. Onun ardınca isə Allahyar Məhəmməd Vəli oğlu, Məhəmməd Ramazan oğlu, Şirin Rəfi oğlu, Kərim Şəfi oğlu, Bəkir Osman oğlu Oruc İmamqulu oğlu qol çəkmiş, Əli Əfəndi Tahir oğlu isə imzaları təsdiqləmişdir (bax: AR DTA fond-29, siyahı-1, saxlama vahidi-21, vərəq-97).

İsrafil Bayram oğlunun ailəsi təsərrüfatı haqqında məlumatlar yığcam olsa da fikir söyləməyə əsas verir. O, kəndin ən varlı adamı olmayıb. Bir atı, beş iribuynuzlu mal-qarası, buğda, arpa çəltik üçün torpaq sahəsi, on iki min ağacdan ibarət baramaçılıq üçün bağı var idi. İsrafil Bayram oğlu Sona xanım ilə ailə qurmuş, bu izdivacdan onun  Qurban (digər sənədlərdə Qurbanəli - A.R.) İbrahim adlı iki oğlu dünyaya gəlmişdir. 1842-ci il sənədinə əsasən Qurbanəli İsrafil oğlunun  30, İbrahim İsrafil oğlunun isə 20 yaşı vardı. Bu vaxt kiçik qardaş subay, Qurbanəli İsrafil oğlu isə Xanım ilə ailə hayatı qurmuş, bu evlilikdən onların 5 yaşında Usub (Bu ad təhrif edilib, əsl adı Yusifdir - A.R.) 3 yaşında Həsən (Bu ad da yanlışdır. İsrafil Bayram oğlu kiçik nəvəsinə öz babası Hüseyn Əfəndinin adını vermişdir - A.R.) adlı övladları var idi. Aradan 21 il vaxt keçir. Bu zaman ərzində Baş Layısqı kəndində baş verən dəyişiklikləri izləmək müşkül məsələdir. Yalnız 1863- ildə yerli əhali yenidən siyahıya alınıb. Bu sənədə əsasən İsrafil Bayram oğlunun ailəsindəki dəyişikliyi izlədikdə İbrahim İsrafil oğlunun adına rast gəlmirik. Amma onun böyük qardaşı Qurbanəli İsrafil oğlu bu müddət ərzində müqəddəs Kəbəni ziyarət edərək "hacı" fəxri tituluna layiq görülüb.

(Ardı var)

 





14.10.2014    çap et  çap et